Akaş ( — səma, ) — hava hücumundan müdafiə üçün nəzərdə tutulmuş Hindistanda inkişaf etdirilən qısa mənzilli zenit-raket kompleksi.
Yaradılması 1984-cü ildən Hindistan Müdafiə Nazirliyinin Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı tərəfindən hazırlanıb. Bu müddət ərzində 125 milyon dollar xərclənib. Sistemlər Rusiyanın Kub sistemini əvəz etməli idi.
İstifadəsi 2008-ci ildə Hindistan Hərbi Hava Qüvvələri üçün Akaş hava hücumundan müdafiə sisteminin iki bölməsinin tədarükü üçün müqavilə imzalanıb.
2009-cu ilin martında Hindistanın Tata Power şirkəti ilə 2011-ci ilin sonunadək daha bir bölmənin tədarükü üçün müqavilə bağlandığını elan edilib. Müqavilənin məbləği 36,4 milyon dollardır.
2022-ci ildə Ermənistanın Hindistandan "Akaş" hava hücumundan müdafiə sistemi almaq niyyətində olduğu açıqlanıb. 2024-cü ildə ilk batareya Ermənistana çatdırılıb.
İstinadlar
Kateqoriya:1984-cü ildə yarananlar