Ərəbzadə Əhməd Ataullah Əfəndi () — Osmanlı şeyxülislamı.Cevdet, Târih, III, 149-150.
Həyatı 1720-ci ildə dünyaya gəldi. III Əhməd dövründə uzun illər saray müəllimi və Rumeli qazəsgəri kimi xidmət edən şair və musiqişünas Ərəbzadə Əbdürrəhman Bahir Əfəndinin oğludur. Mədrəsə təhsilini tamamladıqdan sonra hələ 18 yaşında ikən müdərris oldu. Uzun illər bu vəzifədə xidmət etdikdən sonra 1756-cı ildə Hələb qazısı təyin edildi. Ardından 1769-1779-cu illərdə Məkkə və İstanbul qazısı kimi fəaliyyət göstərdi.
1781-ci ildə Anadolu qazəsgəri, ardından Rumeli qazəsgəri təyin edildi. 22 iyun 1785-ci ildə şeyxülislamlığa yüksəldi. Ancaq bu vəzifədə yalnız 2 ay qala bildi və xəstəliyi səbəbilə 22 avqust 1785-ci ildə vəfat etdi. Sənan Paşa mədrəsəsinin həyətində atasının yanına dəfn olundu. Ancaq bu məzarlıqda ailəsindən bir çox şəxsin məzarı olsa da, sonrakı tarixlərdə Ataullah Əfəndinin məzardaşı yoxa çıxdı.Turan Aktürk, Arabzâde Ailesi ve Bu Ailenin Diğer Aileler ile Vücuda Getirdiği Sıhrî Münasebetler (lisans tezi, 1943), İÜ Ed.Fak., s. 15-18.
Oğlu Mehmed Arif Əfəndi II Mahmud dövründə şeyxülislamlığa qədər yüksəlmişdir.
Mənbə
Devhatü’l-meşâyih, s. 109. İlmiyye Salnâmesi, s. 553. Sicill-i Osmânî, III, 477.
İstinadlar