thumb|Bərpa edilmiş Norman evi, L'Anse aux Meadows, Nyufaundlend və Labrador, Kanada . Yaşayış məskəni1978-ci ildə YUNESKO tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilmişdir Vinland, Vineland, və ya Winland () Şimali Amerikanın vikinqlər tərəfindən tədqiq edilmiş və məskunlaşdırılmış sahilyanı ərazisi. Leif Eriksson təqribən 1000-ci ildə, Xristofer Kolumb və Con Kabotun səyahətlərinsən beş əsər əvvəl Amerikaya ayaq basmışdır. Bu ada Vinland Saqalarında təsadüf edilir və Vinland sözü özündə coğrafi məkan olaraq Nyufaundlend və Nyu-Brunsvikin şimal-şərqinə qədər olan Müqəddəs Lourens körfəzininin ərazisini ehtiva edir. Saqaların coğrafi məzmununun çox hissəsi transatlantik səyahət və Şimali Amerika haqqında müasir biliklərə uyğundur.

1960-cı ildə arxeoloji tədqiqatlar zamanı Nyufaundlend adasının şimal qurtaracağında normaların Şimali Amerikada olduğunu sübut edən yeganə məşhur norman yaşayış məskəni olanIngstad, Helge; Ingstad, Anne Stine (2001). The Viking Discovery of America: The Excavation of a Norse Settlement in L'Anse aux Meadows, Newfoundland. Checkmark Books. . L'Anse aux Meadows aşkara çıxarıldı. Arxeoloji sübutlar aşkar edilməzdən əvvəl Vinland yalnız saqalar və orta əsr tarixşünaslığından məlum idi. 1960-cı ildəki bu kəşf, Şimali Amerikanın materik hissəsinin Kolumbdan əvvəl Normanlar tərəfindən kəşf olunduğunu tam sübut etdi. L'Anse aux Meadows-un Kürən Erik Saqasında qeyd olunan Straumfjörð düşərgəsi olduğu fərz edilir.

İstinadlar

Kateqoriya:Kanadanın görməli yerləri Kateqoriya:Keçmiş müstəmləkələr Kateqoriya:Şimali Amerika tarixi Kateqoriya:II minillikdə Şimali Amerika