İflasın proqnozlaşdırılması () — müəssisənin maliyyə dayanıqlığını qiymətləndirmək və gələcəkdə maliyyə çətinlikləri ilə üzləşə biləcəyini müəyyən etmək məqsədini güdür.Ogachi, D.; Ndege, R.; Gaturu, P.; Zoltan, Z. Corporate Bankruptcy Prediction Model, a Special Focus on Listed Companies in Kenya. J. Risk Financial Manag. 2020, 13, 47. https://doi.org/10.3390/jrfm13030047 Bu proqnozlaşdırma əsasən maliyyə analizləri və statistik metodlardan istifadə etməklə həyata keçirilir. Müəssisənin pul axınlarının çatışmazlığı iflasın ilkin siqnallarından biridir. Pul axını kəsiri tez-tez iflas riskinin artdığını göstərir.

Əsas yanaşmalar və modellər Maliyyə nisbətləri Maliyyə nisbətləri () — müəssisənin qısa müddətli öhdəliklərini ödəmək qabiliyyətini ölçür. Məsələn:

Cari nisbət () Sürətli nisbət ()

Borc göstəriciləri — borcların maliyyə strukturu daxilində çəkisini göstərirZmijewski, Mark E. 1984. "Methodological issues related to the estimation of financial distress prediction models". Journal of Accounting Research 22 (Supplement), p. 59-86. Borcun kapitala nisbəti () Borcun aktivlərə nisbəti ()

Rentabellik göstəriciləri — müəssisənin gəlirliliyini təhlil edir. Xalis mənfəət marjası () Aktivlərin gəlirliliyi ()

Logistik reqressiya modelləri Bu modellər iflasın ehtimalını proqnozlaşdırmaq üçün geniş məlumat bazasına əsaslanır. Logistik reqressiya müəssisənin müəyyən göstəricilərinin (məsələn, borclar, gəlirlik, aktivlərin dəyəri) təsirini qiymətləndirir.

Məlumat mədənçiliyi və süni intellekt üsulları Müasir yanaşmalar məlumatların dərin analizini təmin edir:Beaver 1966. Financial ratios predictors of failure. ''Journal of Accounting Research, 4 (Supplement), p. 71-111. Maşın öyrənməsi modelləri (Random Forest, SVM, Neural Networks) müəssisələrin böyük həcmli məlumatlarını təhlil edərək daha dəqiq nəticələr verir. Data mining alətləri ilə keçmiş iflas nümunələri araşdırılır və oxşar xüsusiyyətlər müəyyən edilir.

Makroiqtisadi amillər Müəssisənin fəaliyyəti xarici mühitdən də asılıdır. İflasın proqnozlaşdırılması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır:

ÜDM-in artımı Faiz dərəcələri İnflyasiya Rəqabət mühiti

Altman Z-Skor Modeli Bu model müəssisənin maliyyə vəziyyətinə əsaslanaraq iflas ehtimalını qiymətləndirir. Z-skor formuluna aşağıdakı faktorlar daxildir:

İşlək kapitalın ümumi aktivlərə nisbəti Keçmiş gəlirlərin ümumi aktivlərə nisbəti Əsas əməliyyat gəlirinin ümumi aktivlərə nisbəti Səhm bazar dəyərinin borca nisbəti Satışların ümumi aktivlərə nisbəti

Əldə edilən skor aşağıdakı kimi şərh olunur:

Z > 2.99 — maliyyə cəhətdən dayanıqlı 1.8 < Z < 2.99 — risk zonası Z < 1.8 — iflas riski yüksəkdir

İstinadlar

Kateqoriya:İflas