Friedrich Richard Reinitzer () — avstriyalı botanik və kimyaçı idi. 1880-ci illərin sonlarında xolesteril benzoatla təcrübə apararaq, maye kristalların xassələrini kəşf etdi (bunun adının qoyulması isə sonradan Otto Lehmann tərəfindən olmuşdur).

Reinitzer Praqada alman bohem ailəsində anadan olub. Praqada Alman Texniki Universitetində kimya təhsili alıb; 1883-cü ildə orada xüsusi dosent kimi fəaliyyətə başlamışdır. 1888–1901-ci illərdə Karl-Ferdinands-Universiteti`nin professoru, sonra Qrazdakı texniki universitetin professoru olmuşdur. 1909–1910-cu illərdə isə universitetin rektoru vəzifəsində işləmişdir.

1888-ci ildə Karl-Ferdinands-Universitetində olarkən o, sonradan maye kristallar adlanacaq şeyin qəribə davranışını kəşf etdi. Davranışlarını izah etmək üçün Aachendən olan fizik Otto Lehmann ilə əməkdaşlıq etdi. Kəşf o zaman çox diqqət çəkmişdi, lakin praktiki istifadəsi aşkar olmamışdı və buna maraq da tezliklə azaldı.

Seçilmiş əsərləri F. Reinitzer (1888) "Beiträge zur Kenntnis des Cholesterins", Monatshefte für Chemie 9:421 – 41. F. Reinitzer (1891) "Der Gerbstoffbegriff und seine Beziehung zur Pflanzenchemie", Lotos 39.

İstinadlar

Xarici keçidlər David Dunmur & Tim Sluckin (2011) Sabun, Elm və Düz ekranlı televizorlar: maye kristalların tarixi, s. –, Oxford University Press .

Kateqoriya:Karlov Universitetinin müəllimləri Kateqoriya:Avstriya-Macarıstan şəxsləri Kateqoriya:Avstriya botanikləri Kateqoriya:Avstriya kimyaçıları Kateqoriya:Praqa şəxsləri