Stora Hammars təsvir daşları təxminən VII əsrə aid olan, Lärbro kilsəsi, Qotland, İsveçdə yerləşən dörd Vikinq dövrü təsviri daşıdır.[ sitat lazımdır ]
Təsvir
Dörd Stora Hammars təsvir daşı fallik formadadır. Bu cür erotik simvolika ilə ölüm elementlərinin sintezinə digər Qotland runik və təsvir daşlarında da rast gəlinir. 4 Stora Hammars təsvir daşlarından II və IV daşlardakı təsvirlər çox köhnəlmişdir və hazırda deşifrə edilə biləcək vəziyyətdə deyil.
Stora Hammars I Stora Hammars I daşında mifoloji, dini və döyüş fonu olan altı panel, o cümlədən iki kişi arasında qadın, qurbangahın üstündə Valknut ilə qurban kəsmə səhnəsi, silahlı döyüşçülərin idarə etdiyi gəmi və başqa bir qrup arasında dayanan qadın, silahlı əsgərlər və döyüş səhnəsini əks etdirən panellər var. Bu, Hildr əfsanəsini və onun sonsuz döyüşünün təsviri kimi şərh olunur. Daşın üstündə qan qartalı üsulu ilə qurban ediləcək, ağacdan asılmaq üzrə olan döyüşçü, Skandinaviya bütpərəstliyində insan qurbanı ilə bağlı ehtimalları əsaslandıran Valknut ilə birgə (Odinin dini simvolu hesab olunur) təsvir edilmişdir. Qurbangahın yaxınlığındakı bir formalı bir daş bəzi tədqiqatçıların fikrincə Elgesem Runik daşına bənzər bir kult daşı ilə bilər.
Stora Hammars III Stora Hammars III təsvir daşı dörd panelə malikdir, onlardan aşağısı döyüşçüləri olan gəmini göstərir. Panellərdən biri Skáldskaparmál kitabının 6-cı bölməsində təsvir olunan əfsanədəki kimi Odini şeir içkisi (Mead of Poetry) götürən qartal şəklində təsvir etmişdir. Qartalın sağ tərəfində Gunnlöð və Suttungr göstərilir. Başqa bir paneldə bir atlının Valkiriya olduğu düşünülən bir qadın tərəfindən qarşılanması təsvir edilmişdir. pp. 370-371. Qadının əynində bükülü ola bilən uzun köynək və ya alt paltarı və qısa libas geyindiyi görünür.
İstinadlar Kateqoriya:Stelalar