Cantürk Alagöz ()— Azərbaycan əsilli türkiyəli siyasətçi, Türkiyə Böyük Millət Məclisinin deputatıİğdırda Xocalı qurbanlarının xatirəsi anılıb
Həyatı
1969-cu ildə İğdırın Qaraqoyunlu ilçəsində anadan olmuşdur. 1992-ci ildə Hacettepe Universiteti kimya mühəndisliyi fakültəsindən məzun olmuş və magistr dərəcəsini isə 1995-ci ildə eyni universitetdə tamamlamışdır. 1996-cı ildə iş həyatına başlamış, 2016-cı ildə 1973-cü ildən bəri Türkiyənin peyvənd ehtiyacını qarşılayan "Keymen İlaç" şirkətini Alagöz Holdinqin tərkibinə qatmışdır.
Ailəlidir və iki uşaq atasıdır.
Fəaliyyəti Covid-19 ilə mübarizədə Sinovac peyvəndinin Faz III klinik tədqiqatlarını həyata keçirərək, Türkiyənin və dünyanın peyvənd tələbatının ödənilməsində mühüm rolu olmuşdur.
2023-cü ildə Türkiyədə keçirilən parlament seçkilərində Ədalət və İnkişaf Partiyasından İğdır millət vəkili seçilib. Alagöz Holdinqin İdarə Heyətinin sədridir və İğdır Futbol Klubunun prezidentidir.
Cantürk Alagöz Türkiyə və Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı zəmnində 2023-cü ilin noyabr ayında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovu ziyarət edib. Görüşdə iki ölkənin regional inkişafları dəyərləndirmək və ikitərəfli əməkdaşlığı daha da gücləndirmək üçün atılacaq addımlardan söz açılıb. Cantürk Alagöz 2024-cü il dekabr ayının 5-də Türkiyənin AK Parti İstanbul Millət vəkili Şamil Ayrım və TBMM Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun digər üzvləri ilə birgə Azərbaycanın paytaxtı Bakıya səfəri baş tutub. Səfərin məqsədi, Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikigünlük beynəlxalq konfransda iştirak etmək olub. Bakıda keçirilən bu tədbirdə qonaqlar Azərbaycan Prezidentinin köməkçisi Ədalət Vəliyev tərəfindən qarşılanmış və tədbirdə iştirak etmişlər.
Təltifləri - Türkiyə Əmək və Sosial Müdafiə Nazirliyi İş Həyatında Gender Bərabərliyi Mükafatı (2016) - Thermo Scientific tərəfindən verilmiş İNNOVASİYA Mükafatı (2011) - Thermo Scientific Best Commitent Mükafatı (2009)
İstinadlar
Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türk siyasətçilər Kateqoriya:Ədalət və İnkişaf Partiyasının üzvləri Kateqoriya:Türkiyə iş adamları