Tevfik Esenç (; ) — Türkiyə dilçisi, yazar, dövlət quluqçusu, Ubıx dilinin son danışıyıcısı. O, Jorj Dümezil, G.K.Foqt və Mühəddin Kumahovun ubıx dilindən məlumatçısı olub. Baqrat Şinkubanın "Gedənlərin sonuncusu" romanının baş qəhrəmanının prototipidir.
Esenç Ginnesin Rekordlar Kitabına "dünyada 81 samitdən ibarət Qafqaz dilində danışan yeganə insan" kimi düşüb.
Tevfik Esenç ubıx dili ilə yanaşı, adıq və türk dilini də bilirdi. 1992-ci ildə ölümündən sonra Ubıx fəalların səylərinə baxmayaraq o ölü dilə çevrildi. Bu ölü dil hazırda Tevfik Esençin etdiyi araşdırmalar sayəsində tanınır. Həyatı Onun mənsub olduğu Zayşçi nəsli, hazırda müasir Kabardin-Balkarda Zaifovlar kimi təqdim olunur.
Tevfik Esenç Türkiyənin Hacı Osman kəndində anadan olub. Burada o, Ubıxiyada anadan olmuş, öz ana dilini yaxşı bilən babası İbrahimin yanında böyüyüb. Babası nəinki, ubıx dilini bilir, o, həmçinin Şimali Qafqazda mühacirlik dövründə ubıxların Osmanlı imperiyasına sürgün tarixini ətraflı xatırlayırdı. İstanbulda dövlət qulluğuna keçməzdən əvvəl Esenç doğulduğu kəndin icra başçısı olub. İstanbulda o, fransız dilçi Jorj Dümezil ilə işləmək imkanı qazanır. Mükəmməl yaddaşa və düşüncə aydınlığına malik olan Esenç alimlərə təkcə dil haqqında deyil, həm də Ubıxların mifologiyası, mədəniyyəti və adət-ənənələri haqqında çox şey danışıb. O, həmçinin adıq (çərkəz) və türkcənin xakuçi ləhcəsini mükəmməl bilirdi.
Jorj Dümezil Ubıx dili üzrə son əsəri olan “Le verbe oubıkh”ı (1975) Tevfik Esençlə birgə yazmışdır. O, gürcü qafqazşünas Giorgi Şaraşidze ilə ubıx dilini öyrənmək imkanı qazanıb. Bu dövrdə Dümezil və Şaraşidze Esençin ubıx dilini bilməsini qeyd etmiş və onun ubıx dilində danışan səsini qeydə almışlar. Norveçli Hans Foqt,(see his ‘Dictionnaire de la Langue Oubykh 1963, Universitetsvorlaget) ingilis Corc Hevitt,the recordings are available on the Net; his account of his meetings in 1974 has been published — 'Encountering Ubykh(s)’, in Arxeologija i ètnografija pontijsko-kavkazskogo regiona 5, 195-204, 2016: Krasnodar; see also his 'The labialised sibilants of Ubykh (North West Caucasian)’, in Revue des Etudes Géorgiennes et Caucasiennes, 2, 1986, 21-30) abxaz Vyaçeslav Çirikba və türk A.Sumru Özsoy da Esenç ilə Ubıx dili üzərində çalışıb.
Esenç 1992-ci il oktyabrın 7-nə keçən gecə 88 yaşında vəfat edib. O, həyat yoldaşı Əminə ilə birlikdə doğulduğu Hacıosman kənd qəbiristanlığında dəfn edilib.
Xatirəsi Esençin məzar daşının üzərində belə bir yazı var: “Burada Ubıx dilini əbədiləşdirən, bu dildə yazıb-danışan sonuncu Ubıx Tevfik Esenç yatır” ().
1994-cü ildə Boğaziçi Universitetində Dümezil və Esençin xatirəsinə həsr olunmuş Şimal-Qərbi Qafqazın dilçiliyinə həsr olunmuş konfrans keçirilmişdir.E. F. K. Koerner (1 January 1998). First Person Singular III: Autobiographies by North American Scholars in the Language Sciences. John Benjamins Publishing. p. 33. ISBN 978-90-272-4576-2.
İsmet Arasan 1987-ci ilin sentyabrında Tevfik Esençin hekayəsindən və Ubıx dilinin faciəsindən bəhs edən "Son Sesler" sənədli filmini tamamlayıb. Baqrat Şinkubanın "Gedənlərin sonuncusu" romanı Tevfik Esençin həyatına həsr edilib. “Gedənlərin Sonuncusu” əsəri “Sonuncu Ubıx” adı ilə 1990-cı ildə türk dilində nəşr olunub.
İstinadlar
Ədəbiyyat Адыгская (Черкесская) энциклопедия. Москва, 2006.
Xarici keçidlər
Circassian World'deki Tevfik Esenç sayfası Ubıhça'ya ait örnek ses dosyaları, Lacito Archive'den YouTube: Tevfik Esenç Ubıhça bir öykü anlatıyor Tevfil Esenç hakkında dilbilirim e-dergi'de yer alan yazı Son Sesler belgeseli, 1. ve 2. bölüm.
Kateqoriya:Balıkəsir ilində vəfat edənlər Kateqoriya:Bir dilin sonuncu danışanları Kateqoriya:Türkiyə uzunömürlüləri Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər