Ərkan Özoral () — türk diplomatı. O, 2016–2021-ci illərdə Türkiyənin Bakıdakı səfiri vəzifəsində çalışıb.

Bioqrafiyası Ərkan Özoral 1965-ci ildə Ərzincanda anadan olub. 1989-cu ildə Ankara Universiteti Siyasi Elmlər fakültəsinin Beynəlxalq əlaqələr şöbəsini bitirib. Elə həmin il Türkiyə Xarici İşlər Nazirliyində karyerasına zabit kimi başlayıb.Büyükelçinin Özgeçmişi

Karyerası Türkiyə Xarici İşlər Nazirliyində Yaxın Şərq üzrə müdir müavini, daha sonra Konsulluqda müdir müavini vəzifələrində çalışıb.

1992–1994-cü illərdə Ər-Riyad səfirliyində üçüncü katib, 1994–1997-ci illərdə isə Karlsrue Baş Konsulluğunda konsul köməkçisi kimi vəzifəsini davam etdirib.

1997–1999-cu illərdə Xarici İşlər Nazirliyinin Protokol Baş İdarəsində ikinci katib və baş katib vəzifələrində çalışıb.

1999–2003-cü illərdə Berlin səfirliyində müşavir kimi karyerasını davam etdirmişdir.

2003–2005-ci illərdə Türkiyə Xarici İşlər Nazirliyinin Protokol Baş İdarəsində şöbə müdiri, 2005–2009-cu illərdə isə Bakı səfirliyində birinci müşavir vəzifəsində çalışmışdır.

2009–2011-ci illərdə İkitərəfli İqtisadi Əlaqələr Baş İdarəsində şöbə müdiri və 2011–2014-cü illərdə Baş Nazirlikdə "xarici işlər üzrə səfir müşaviri" vəzifələrində çalışıb.

2011–2014-cü illərdə Baş Nazirlikdə xarici işlər üzrə səfir müşaviri vəzifələrində çalışıb. 2014-cü ilin sentyabr ayından 2016-cı ilin oktyabr ayına qədər Prezident İdarəsinin Xarici Əlaqələr üzrə Baş İdarəsində "xarici işlər üzrə müşavir səfir" vəzifəsində çalışıb.

2016–2021-ci illərdə Türkiyənin Bakıdakı səfiri vəzifəsində çalışıb.

Bakıda fəaliyyəti küçük|250px|Azərbaycan Prezidenti İlham Əliyev, Dostluq Ordenini səfir Erkan Özoral-a təqdim edərkən 50px — Dostluq ordeni

Ərkan Özoral 11 oktyabr 2016-cı ildə Bakı səfirliyinə təyin edilib. 2021-ci ilin aprel ayına qədər bu vəzifədə çalışıb.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Ərkan Özoral "Dostluq" ordeni ilə təltif edilib.

2024-cü ilin fevralında Slovakiyaya səfir təyin edilib.

Həmçinin bax Türkiyənin Azərbaycandakı səfirlərinin siyahısı

İstinadlar

Xarici keçidlər Ərkan Özoral

Kateqoriya:Türkiyənin Azərbaycandakı səfirləri Kateqoriya:Türkiyə diplomatları Kateqoriya:Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilənlər