Həsən mirzə () — Ağqoyunlu sultanı Sultan Yaqubun oğlu, Ağqoyunlu şahzadəsi.Həsən Bəy Rumlu. (2017). Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). (Çev. Oqtay Əfəndiyev-Namiq Musalı)

Həyatı 2 aprel 1489-cu ildə dünyaya gəldi. Atası Ağqoyunlu sultanı Sultan Yaqub, anası isə Süleyman bəy Bicanoğlunun qızı Bəyican xatundur. Adı, babası Uzun Həsənin şərəfinə qoyulmuşdur.Örs, D. (1999). Fazlullâh b. Rûzbihan-i Huncî ve Târih-i Âlem-arâyi Eminî’si. Yayınlanmamış doktora tezi. Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü, Ankara Təlim-tərbiyəsiylə babası Süleyman bəy vəzifələndirildi və Pir Əziz ağa lələ təyin olundu.

Atası Sultan Yaqub vəfat etdiyi əsnada hələ körpə yaşlarında olan Həsən mirzə, taxta çıxarılan qardaşı Baysunqur mirzə tərəfindən himayəyə alındı.John E. Woods. (1999). The Aqqoyunlu: Clan, Confederation, Empire. Salt Lake City: The University of Utah Press. Ancaq qardaşının Rüstəm mirzə tərəfindən taxtdan endirilməsiylə, yerli tayfa başçıları tərəfindən Şirvana qaçırıldı və ögey anası Gövhər Sultanın himayəsinə girdi.Bitlisli Şerefhan. (1972). Şerefnâme II. (Çev. M. Emin Bozarslan). İstanbul: Ant Yayınları

O əsnada 4 yaşında olan Həsən mirzə və qardaşı Baysunqur mirzə Şirvanşah Fərrux Yasarın təmin etdiyi orduyla 1493-cü ildə Təbrizə hücum etdi. Ancaq Gəncə-Bərdə istiqamətində Rüstəm mirzə tərəfindən yolları kəsildi və məğlub edildi. Hər ikisi Təbrizə aparıldı və 1493-cü ilin avqustunda edam olundular.Çetin, A. (2007). Yahya Kazvinî’nin Lubb Et-Tevârih’inde Akkoyunlarla Alakalı Bilgiler. Belleten, 71(260), 53-64

Mənbə

Ədəbiyyat

Karakoyunlu ve Akkoyunlu Devletlerinde Hanedan Üyelerinin katli, Eda Geyik. Yüksek Lisans Tezi. TC Kastamonu Üniversitesi. Kastamonu-2021

İstinadlar