Minkənd məbədi — Məbəd Laçın rayonunun Minkənd kəndinin mərkəzində yerləşir. Abidənin girişindəki lövhədə tarix olaraq 1675 göstərilib. Məbəd sovmə tipli alban məbədləri sırasına daxildir. Məbəd binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. 2009-cu ildə "Tufenkian Foundation"un maliyyə dəstəyi ilə "Müqəddəs Minas kilsəsi" adı altında "bərpa edilmişdir". 2020-ci il 1 dekabrdan etibarən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

İstinadlar

Xarici keçidlər

Məbəd (Minkənd kəndi)

Kateqoriya:Alban kilsələri Kateqoriya:Laçın rayonunun abidələri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri