Şərifə Dinə bint Əbdülhəmid (; ) — İordaniya kralı I Hüseynin ilk xanımı, III İordaniya kraliçası.

1929-cu ildə Qahirədə dünyaya gəldi. Atası Şərif Əbülhəmid Hicaz kralı Şərif Hüseynin əmisi Aun ər-Rafiqin soyuna mənsubdur. İngiltərədə yatılı oxuduğu məktəbin ardından Kembric Universitetində İngilis ədəbiyyatı, Bedford Kollecində isə sosial elmlər üzə təhsil aldı. Kembricdəki təhsil illəri əsnasında 1952-ci ildə gələcəkdəki əri Seyid Hüseynlə tanış oldu.Great Britain and the East, Volume 71. 1955 Təhsilini tamamaldıqdan sonra Qahirəyə döndü və Qahirə Universitetində İngilis ədəbiyyatı və fəlsəfə dərslər verməyə başladı. left|thumb|301x301px|İordaniya kralı I Hüseynlə toy mərasimi, Amman 1955 1952-ci ildə İordaniya taxt-tacına sahiblənən I Hüseyn anasının da tövsiyəsilə 1954-cü ildə özündən 6 yaş böyük Dinə bint Əbdülhəmidlə nişanlandı. Üstəlik bu nigah o illərdə Misirin güclü simalarından olan Camal Əbdül Nasir tərəfindən də dəstəkləndi. Cütlüyün nigah mərasimi 19 aprel 1955-ci ildə Raqadan sarayında baş tutdu. Beləcə, Şərifə Dinə İordaniya kraliçası oldu. Toy mərasimindən qısa müddət sonra cütlükdən müsahibə alan jurnalist İsis Fəhmiyə görə, kraliçanı dövlət idarəsindən uzaq tutmağa çalışan I Hüseyn onun üzərində olduqca yüksək təsirə malik idi. Ancaq İordaniyaya qayıtdıqdan sonra cütlüyün bir-birinə uyğun olmadığı anlaşıldı. 13 fevral 1956-cı ildə yeganə övladları Aliyə bint Hüseynin dünyaya gəlişi belə, cütlüyü birləşdirə bilmədi.

1956-cı il kraliça Şərifə Dinə Misirdə istirahətdə ikən, kral I Hüseyndən göndərilən əmrlə boşanma istəyi bildirildi. Bunda kraliça Şərifə Dinə ilə anası Zeynəl-şərəf bint Cəmilin soyuq münasibətləri mühüm rol oynadı. 24 iyun 1957-ci ildə cütlük rəsmən boşandı və bir müddət qızını görməyinə icazə verilmədi.

7 oktyabr 1970-ci ildə Fələstin Azadlıq Təşkilatının partizan üzvü polkovnik leytenant Əsəd Süleyman Əbdülqadirlə evləndi. Bu evliliyindən övladı olmadı. 1982-ci ildə əri İsrail hökuməti tərəfindən həbs edildi.Greenberg, Joel (1996). "A Victory That Nips at Arafat's Heels". Cairo Times Ertəsi il şəxsən özünün itşriak etdiyi müzakirələrin ardından əriylə birlikdə 8 min fələstinli məhkumun azadlığa buraxılmasına nail oldu.Kanafani, Deborah (2008). Unveiled: how an American woman found her way through politics, love and obedience in the Middle East. USA: Free Press. ISBN 978-0-7432-9183-5

21 avqust 2019-cu ildə Ammanda vəfat etdi.

Mənbə

Ədəbiyyat

Rana Husseini (2021). Years of Struggle – The Women’s Movement in Jordan. Amman: Friedrich-Ebert-Stiftung. p. 19. ISBN 978-9923-759-33-2

İstinadlar Kateqoriya:Qahirə Universitetinin müəllimləri