Aliyə bint Əli (; ) — İraq kralı I Qazinin xanımı, İraqın son kraliçası.

1911-ci ildə Məkkədə dünyaya gəldi. Atası Hicaz kralı Əli ibn Hüseyn, anası isə onun xanımı Nəfisə xanımdır. 25 yanvar 1934-cü ildə əmisi oğlu olan İraq kralı I Qaziylə evləndi və bu nigahdan yeganə övladı Feysəl ibn Qazi dünyaya gəldi. Ancaq əri I Qazi 1939-cu ildə avtomobil qəzasında həlak oldu. Ərinin ölümündən sonra oğlu II Feysəl hələ 4 yaşında İraq taxtına çıxarıldı. Qardaşı Abdullahın taxt naibi təyin edilməsində mühüm rol oynadı.

1949-cu ilin yayında müalicə məqsədilə Londona göndərildi. 1950-ci ilin oktyabrında Bağdada qayıtdı. Qısa müddət sonra Bağdadda bağırsaq xərçəngi səbəbilə vəfat etdi.

Mənbə