Müizzi Həmədani vəya Əmir Müizzi Həmədani (; ) — Qaraqoyunlular dövrünü ələ alan əsərin müəllifi və Qaraqoyunlu hökmdarı Qara Yusif ilə oğlu Qara İsgəndərin divanında fəaliyyət göstərən tarixçi.Təvarix-i Türkmaniyyə, s.24

Həyatı Müizzi Həmədaninin həyatı haqqında çox məlumat yoxdur. Türkiyəli tarixçi Ahmet Korkmaz, əsərində elm aləmində çox bilinməyən bir tarixçi olduğunu, Qara İsgəndər dövrünə qədər Qaraqoyunlu tarixini yazdığını və bunu Mahmud Nişapuri adındaki başqa bir Qaraqoyunlu tarixçisinin əsas alaraq "Təvarixi-Türkmaniyyə" əsərini yazdığını söyləyir.Ahmet Korkmaz, Kara Koyunlu askeri teşkilatı, s.3 Müizzi Həmədaninin adının bəzən "Əmir"Təvarix-i Türkmaniyyə, s.14 deyə keçməsi, onun Qaraqoyunlu ordusunda həm də bir komandir kimi fəaliyyət göstərdiyinidə ortaya qoyur. Müizzi Həmədani, Qara Yusifin dövründə Qaraqoyunlu divanına alınmışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qaraqoyunlular Qara Yusif Qaraqoyunlular Qara İsgəndər Kateqoriya:Azərbaycan tarixçiləriKateqoriya:Qaraqoyunlu dövlətinin məmurları