190px|thumb|right|Şah I Təhmasib Səfəvinin sifarişi ilə hazırlanmış xüsusi "Xəmsə" əlyazmasına şahın hamilik etdiyi rəssam Sultan Məhəmməd tərəfindən çəkilmiş "Məhəmməd peyğəmbərin meracı" miniatürü. Britaniya Milli Kitabxanası. Məhəmmədin üzü örtülüdür. Anikonizm ( - inkar prefiksi, - təsvir) — dinşünaslıq və sənətşünaslıq termini:
Bütlərə və ya təsvirlərə qarşı mövqe. Təsvirsiz ibadət.
Anikonizm kontekstə görə fərqlənə bilər. Məsələn, təsvirlərin harada qadağan etdiyinə görə və ya kimin təsvirləri qadağan olunduğuna görə. Anikonik qadağaların nəticəsində təsvirlər məhv ediləndə, anikonism ikonoborçuluğa çevirir.
Yəhudilik və İslam tarix boyu başlıca olaraq anikonik dinlər idi. Həm Xristianlıq, həm də Buddizm tarixində anikonizm var. Lakin, bu gün onlar başlıca olaraq anikonist deyil.
İbrahimi dinlər
İbrahimi dinlərdə ikinci qüsurlu hərəkət bütlərin qadağası ilə bağlıdır. Amma, bu təfsir məsələsidir.
Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə.
İudaizm
Halaxanın (yəhudi qanunu) Şulxan Arux məcəlləsi, onların büt şəkildə istifadə olub-olmadığına aslı olmayaraq, insanların, mələklərin və kosmik obyektlərinin müəyyən şəkildə oyulmuş təsvirlərini yaratmağa qadağan edir.
Xristianlıq
Xristian ikonoqrafiyası III əsrdə peydə olundu. Buna görə bəziləri hesab edir ki, bundan əvvəl, Xristianlıq anikonik din idi. Halbuki, artıq II əsrdən başlayaraq müşahidə olunanRasimus, T. ,2011. Revisiting the Ichthys: A Suggestion Concerning the Origins of Christological Fish Symbolism . Pp 327-348 in Mystery and Secrecy in the Nag Hammadi Collection and Other Ancient Literature: Ideas and Practices. Biblical Studies, Ancient Near East and Early Christianity E-Books Online. "Such solutions, once popular, include the fish as a secret symbol for persecuted Christians or as a symbol for Christ mystically sacrificed in the Eucharist." balıq rəmzini də ikonoqrafiyanın nümunəsi olaraq saymaq olar.
Erkən Protestantlıq başlıca anikonist idi və onun meydana çıxması hətta ikonoborçuluq dalğası ilə nəticələnmişdi. Bundan əvvəl isə, Xristianlıqda böyük ikonoborçuluq dalğası Bizans İmperiyasında baş vermişdi.
Bizansda ikonoborçuluq
İslam
Quranda insan təsvirlərinin qadağası yoxdur, amma bütpərəstlik qadağandır. Sünniliklə müqayisədə, Şiə ibadətində təsvirlər daha çox işlənilər. Sünnilər Şiələri buna görə tənqid edir. Məsələn, İranda həm Məhəmmədin, həm də Əlinin təsvirlərini parçalarda və xalçalarda müşahidə etmək olar. Belə təsvirlər timsal adlanır.
Ümumiyyətlə, müsəlmanlar arasında anikonizmin təzahürləri çox fərqli olur.
Bəhailik
Bəhailikdə Tanrının, Babın və Bəhaullahın bədii təsvirləri qadağandır. Eyni zamanda, onların rəmzi təsvirləri və fotoşəkilləri qadağan deyil, amma onları ibadətdə işlətmək qadağandır.45
Darma dinləri
Buddizm
Güman ki, erkən Buddizm b.e. I əsrinə qədər anikonik idi. Budda taxtın üstündə boşluqla, Bodi ağacı ilə, sürənin olduğu məkanın üstündə kiçik çətirli sürənsiz at ilə, Buddanın ayaq izləri ilə və darma təkəri ilə işarə olunurdu.S. L. Huntington, Early Buddhist art and the theory of aniconism , Art Journal, 49:4 (1990): 401–8. ] Bu məsələ mübahisəlindir, amma hesab olunur ki, Buddanın ilk antropomorf təsvirləri yunan-buddist qarşılıqlı əlaqələrin nəticəsi idi.Krishan, Yuvraj, The Buddha image: its origin and development, 1996, Bharatiya Vidya Bhavan, , . - a clear and well-illustrated account of the traditional view Araşdırmaçılar arasında bunnan bağlı debat 1990-cı illərdə Syuzan Hantinqton tərəfindən başladılmışdı və hələ də davam etməkdədir.See note 7 here for an update on the controversy as of 2007, and here for another from 2001.
Hinduizm
Hinduizmdə anikonik obyektlər bəzi ilahiliklərə ibadət etmək üçün işlənilir. Məsələn, Şivaizmdə tanrı Şivanın ilahi gücünü linqam () adlı obyekt təmsil edir.
İstinadlar
Kateqoriya:Dini incəsənət Kateqoriya:Senzura Kateqoriya:Monoteizm Kateqoriya:Xristian terminologiyası