The Apothecary Diaries, Yaponiyada həmçinin – Natsu Hyuqa tərəfindən yazılan və Touko Şino tərəfindən illüstrasiya olunan ranobe seriyası. 2011-ci ildən etibarən "Shōsetsuka ni Narō" veb-saytında yayımlanır. 2014-cü ildən "Shufunotomo" nəşriyyatı tərəfindən ranobe seriyası kimi nəşr olunur. 2025-ci ilə qədər 16 cildi buraxılmışdır. Ranobe seriyasında hadisələr Tan dövrünün Çininə əsaslanan uydurma ölkədə baş verir. Hekayənin baş qəhrəmanı Maomao quldurlar tərəfindən qaçırılaraq saraya satılır. O, əczaçılıq biliklərindən istifadə edərək saraydakı müəmmaları həll etməyə başlayır.

Seriya əsasında "Toho" və "OLM" studiyaları tərəfindən çəkilən anime serialının birinci mövsümü 2023–2024-cü illərdə, ikinci mövsümü 2025-ci ildə yayımlanmışdır. Üçüncü mövsümün 2026-cı ilin oktyabrında yayımlanır. 2026-cı ilin dekabrında anime filmi buraxılacaq.

Məzmun

Hadisələr Tan dövrünün Çininə əsaslanan uydurma ölkədə baş verir. Qoca bir əczaçının qızı olan Maomao bir gün quldurlar tərəfindən qaçırılır və imperatorun arxa sarayına satılır. Maomao artıq saray xidmətçisi kimi işləyir və əczaçılıq haqqında zəngin biliklərini gizlətməyə çalışaraq diqqət cəlb etməmək istəyir. Lakin saraydakı həyatının üçüncü ayında imperatorun körpələri müəmmalı şəkildə ağır xəstələnir. Maomao müəmmanı asanlıqla həll edərək körpələrdən birinin həyatını xilas edir, bunu gizlicə edərək anonim qalmaq istəyir. Lakin sarayın hərəm ağalarından biri olan Cinşi bunun fərqinə varır və Maomaonun bacarığını kəşf edir. Cinşinin tapşırığı ilə o, imperatorun sevimli cariyəsi Qyokuyonun xidmətçisi təyin olunur. Maomao əczaçılıq və toksikologiya biliklərindən istifadə edərək sarayda baş verən müəmmaları həll etməyə başlayır.

Media

Roman və ranobe

Seriya 2011-ci ilin oktyabrında Natsu Hyuqa tərəfindən "Shōsetsuka ni Narō" veb-roman saytında yayımlanmağa başlamışdır. "Shufunotomo" nəşriyyatı əsərin müəllif hüquqlarını satın almış və 26 dekabr 2012-ci ildə "Ray Books" imprinti altında bir cildlik roman şəklində nəşr etmişdir.

"Shufunotomo" nəşriyyatı 2014-cü ildə əsəri Touko Şinonun rəssamlığı ilə ranobe seriyası kimi nəşr etməyə başlamışdır. Ranobe seriyasının ilk cildi 2014-cü ilin avqustunda nəşr olunmuşdur.

Manqa

Seriyanın manqa adaptasiyası Nekokuragenin rəssamlığı ilə 25 may 2017-ci ildə "Square Enix" nəşriyyatının "Monthly Big Gangan" jurnalında nəşr olunmağa başlamışdır. İlk tankabon cildi 25 sentyabr 2017-ci ildə buraxılmışdır.

adlı alternativ manqa adaptasiyası 19 avqust 2017-ci ildə Minoci Kuratanın rəssamlığı ilə "Shogakukan" nəşriyyatının "Monthly Sunday Gene-X" jurnalında nəşr olunmağa başlamışdır. İlk tankobon cildi 19 fevral 2018-ci ildə buraxılmışdır.

"The Apothecary Diaries: Xiaolan's Diary" adlı spin-off manqası Maomaonun saraydakı dostu Şaolanın saray xatirələrindən bəhs edir. Manqa 23 mart 2025-ci ildə "Square Enix" nəşriyyatının "Manga Up!" saytında serializasiya başlamışdır. Manqanın müəllifi İtsuki Nanaodur.

Anime

Anime serialı adaptasiyası 13 fevral 2023-cü ildə anons edilmişdir. "Toho" və "OLM" studiyaları tərəfindən istehsal olunan anime 21 oktyabr 2023-cü ildə yayımlanmağa başlamışdır. Birinci açılış mahnısı "Ryokuōshoku Shakai" qrupu tərəfindən ifa olunan mahnısı, birinci bağlanış mahnısı Aina the End tərəfindən ifa olunan mahnısıdır. Birinci mövsüm iki hissə şəklində yayımlanmış və 24 seriya davam etmişdir. İkinci açılış mahnısı Uru tərəfindən ifa olunan mahnısı, ikinci bağlanış mahnısı Wacci tərəfindən ifa olunan mahnısıdır.

Birinci mövsümün final seriyasının yayımlanmasından sonra ikinci mövsüm anons edilmişdir. İkinci mövsümün 10 yanvardan 4 iyul 2025-ci ilə qədər Nippon TV-nin "Friday Anime Night" veriliş bloku vasitəsilə yayımlanmışdır. İkinci mövsümün birinci açılış mahnısı Lilas İkuta tərəfindən ifa olunan mahnısı, birinci bağlanış mahnısı Day Hiray tərəfindən ifa olunan mahnısıdır. İkinci açılış mahnısı "Mrs. Green Apple" qrupu tərəfindən ifa olunan mahnısı, ikinci bağlanış mahnısı "Omoinotake" qrupu tərəfindən ifa olunan mahnısıdır.

İkinci mövsümün final seriyasının yayımlanmasından sonra üçüncü mövsüm anons edilmişdir. Üçüncü mövsümün birinci hissəsi 2 oktyabr 2026-cı ildə yayımlanmağa başlamışdır, ikinci hissəsi 2027-ci ilin aprelində yayımlanacaq. Üçüncü mövsümün açılış mahnısı "Yorushika" qrupu tərəfindən ifa olunan "Kumo o Nukekazashimo e Watashidake" mahnısıdır.

Film 2025-ci ilin oktyabrında anime filmi anons edilmişdir. "The Apothecary Diaries: The Deceased Empress' Treasure" adlı nime filmi 11 oktyabr 2026-cı ildə buraxılacaq və Natsu Hyuqa tərəfindən yazılan orijinal hekayəyə əsaslanacaq.

2026-cı ilin sentyabrında "Amazon Prime Video" tərəfindən layv-ekşn serial adaptasiyası anons edilmişdir. Serial 2028-ci ildə buraxılacaq. Əsas personajı Mana Aşida canlandıracaq.

Digər 2025-ci ilin iyulunda "The Apothecary Diaries Palace Chronicles" adlı brauzer oyunu anons edilmişdir. Oyunçu Maomaonu idarə edərək saraydakı tapşırıqları həll etməlidir. Oyun smartfon, tablet və PC üçün əlçatandır. "G123" onlayn oyun platforması oyunu 2026-cı ilin iyununda buraxmışdır.

2026-cı ilin sentyabrında "Koei Tecmo" tərəfindən "The Apothecary Diaries: The False Imperial Brother" adlı oyun anons edilmişdir. Nintendo Switch 2, Nintendo Switch və PlayStation 5 üçün buraxılacaq oyununun 2027-ci ildə yayımlanması planlaşdırılır. Oyunda oyunçu Maomaonu idarə edir və müəmmaları həll etməyə çalışır.

Qəbul "The Apothecary Diaries" 2021-ci ilin ən çox satılan üçüncü ranobe seriyası olmuşdur. Manqa adaptasiyası 2025-ci ildə "ən yaxşı davam edən manqa" kateqoriyası üzrə Amerikan Manqa Mükafatının qalibi olmuşdur.

Anime adaptasiyasının ikinci mövsümü 2026-cı ildə "Ən yaxşı mənzərə və vizuallar", "Ən yaxşı saundtrek" və "İlin müəmma və ya psixologiya animesi" kateqoriyalarında Anime Trend Mükafatının qalibi olmuşdur. İkinci mövsüm 2026-cı ildə "Ən yaxşı dram animesi" kateqoriyasında Crunchyroll Anime Mükafatının qalibi olmuşdur.

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2017-ci ilin manqaları Kateqoriya:2023-cü ilin anime serialları Kateqoriya:2012-ci ilin Yaponiya romanları Kateqoriya:Əvvəlcə onlayn yayımlanmış ranobelər Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Crunchyroll animeləri Kateqoriya:Dram anime və manqaları Kateqoriya:Müəmma anime və manqaları Kateqoriya:Romantik anime və manqalar Kateqoriya:Gangan Comics manqaları Kateqoriya:Nippon Television verilişləri Kateqoriya:OLM, Inc. Kateqoriya:Seynen manqaları Kateqoriya:Shōsetsuka ni Narō Kateqoriya:Toho Animation Kateqoriya:2014-cü ilin Yaponiya romanları Kateqoriya:Next Manqa Mükafatının qalibləri Kateqoriya:Crunchyroll Anime Mükafatı qalibləri