Ayşə Tərzitər xanım () () — Osmanlı şahzadəsi Səlim Süleyman Əfəndinin xanımlarından biri.Woronzow, Salome. Şehzade Zevceleri. Osmanlı Hanedanı Gelinleri 1850-1923. GRIN Verlag. p. 5. ISBN 978-3-668-30031-6

4 fevral 1880-ci ildə indiki Gəncədə dünyaya gəldi.Öztuna, Yılmaz, “Naciye Sultan ve Enver Paşa”, Hayat ve Tarih Mecmuası, VIII (Ağustos 1974), 12 – 18 Dövrün digər saray xanımları kimi, onun da saraya qədərki həyatı haqqında məlumat yoxdur. Leyla Açbanın xatirələrinə görə, əslən abxaz olub, Barğan-İpa ailəsinə mənsubdur.Leyla Açba, Bir Çerkes Prensesinin Harem Hatıraları, Timaş Yayınları, haz. Edadil Açba, İstanbul 2010, s. 268–269Fortna, Benjamin C. (2014). The Circassian: A Life of Eşref Bey, Late Ottoman Insurgent and Special Agent. Oxford University Press. pp. 293 n. 16. ISBN 978-0-190-49244-1 Çox kiçik yaşlarında saraya alındı və adı Tərzitər olaraq dəyişdirilərək saray tərbiyəsi aldı.

4 may 1895-ci ildə Ulduz sarayında ikən Sultan Əbdülməcidin oğullarından Səlim Süleyman Əfəndiylə evləndirildi.Vatan gazetesi, no 4162, 16.12.1952Öztuna, Yılmaz, Devletler ve Hanedanlar Türkiye 1074-1990, Kültür ve Turizm Bakanlığı Kütüphaneler ve Yayımlar Genel Müdürlüğü, Ankara 2005, II Şahzadənin dördüncü xanımı olan Ayşə Tərzitər xanımın bu nigahdan 2 övladı dünyaya gəldi.

Əminə Naciyə Sultan Mehmed Şərafəddin Əfəndi

13 iyul 1909-cu ildə Səlim Süleyman Əfəndinin vəfatıyla dul qaldı. Övladlarıyla birlikdə qaynı olan Sultan Rəşadın himayəsinə alındı və Dolmabağça sarayında yaşamağa başladı. Qızı Naciyə Sultan hələ atasının sağlığında ikən Sultan Əbdülhəmidin oğullarından Hayri Əfəndiylə nişanlanmışdı. Ancaq Sultan Əbdülhəmidin vəfatı və Sultan Rəşadın taxta çıxmasıyla nişan pozuldu və Naciyə Sultan İttihadçılardan Ənvər Paşayla nişanlandı. Bütün bunlar səbəbilə Ayşə Tərzitər xanım bu nişana qarşı çıxdı. Üstəlik əri Səlim Süleyman Əfəndinin ölümü ilə cütlüyün toy mərasimi gecikdi. Ayşə Tərzitər xanımın bütün etirazlarına baxmayaraq, qızı Naciyə Sultan 1914-cü ildə Ənvər Paşayla evləndirildi.Suad, Adem. 100 Meşhur Aşk. Az Kitap. ISBN 978-6-054-81261-5

3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Ayşə Tərzitər xanım da ailəsiylə birlikdə sürgünə göndərildi. Oğlu Şərafəddin Əfəndiylə birlikdə öncə Parisdəki qızı Naciyə Sultanın yanına getdi.Bey, Yaver Suphi. Enven Paşa'nın Son Günleri. artcivic. ISBN 978-6-054-33739-2 Ancaq həmin ilin dekabrında oğluyla birlikdə Beyrutda yaşamağa başladı.Şehzade Ali Vâsıb Efendi, Bir Şehzadenin Hatıratı: Vatan ve Menfada Gördüklerim ve İşittiklerim, haz. Osman Selahaddin Osmanoğlu, Yapı Kredi Yayınları, İstanbul 2004, s. 319 1958-ci ildə Beyrutda vəfat etdi.

Mənbə

Ədəbiyyat

Emine Naciye Sultan’ın hayatı (1896-1957). Neval Milanlıoğlu. Yüksek Lisans Tezi. TC Marmara Üniversitesi. İstanbul 2011

İstinadlar