Piblokto (pibloktok, həmçinin arktik isteriya kimi tanınır) Eskimoslar arasında və ümumiyyətlə Arktikadan kənarda yaşayan xalqlar arasında tez-tez rast gəlinən mədəniyyətə xas psixotik sindromdur. Əsasən, qadınlarda müşahidə olunub, isterik psixoz vəziyyətidir.Segen’s Medical Dictionary. (2012). Farlex, Inc. Pibloktoq Bu zaman xəstə özü və ətrafdakılar üçün irrasional və təhlükəli hərəkətlər edir, psixoz vəziyyəti sonlandıqdan sonra isə etdiklərini unudur. Bəzi iddialar pibloktonun ortaya çıxmasının əsas səbəbini, Uzaq Şimalın aborigen cəmiyyətində qadınların zülm görməsi ilə əlaqələndirirlər.Taylor, S., Shelor, N., & Abdelnour, M. (1972). Nutritional ecology: a new perspective . Lakin, bu iddiaların doğruluğu sübut edilməmişdir və Arktika Dairəsindən kənarda uzun müddət keçirmiş dənizçilər arasında pozğunluğun təzahürü də bu iddiaları təkzib edir.Mezzich, Juan E. (2002). «International Surveys on the Use of ICD-10 and Related Diagnostic Systems» (guest editorial, abstract). Psychopathology. doi:10.1159/000065122. PMID 12145487. Psixoz vəziyyətlər özünü, əsasən qış aylarında göstərir. Bəzi tədqiqatçılar bu sindromu mədəniyyətə xas sindrom kimi təsvir etsələr də, daha yeni nəşrlər pibloktonun varlığına şübhə ilə yanaşır. Mədəniyyətlə müəyyən olunan sindrom adı altında DSM-IV təsnifatında yer alır. Mədəniyyətə xüsusi xəstəlik kimi II İCD-10 əlavəsində təsvir edilir.
Tarixi İlk piblokto hadisəsi 1892-ci ildə qeydə alınıb və sindrom Arktika bölgəsinə xas sindrom kimi müəyyən edilmişdir.Wallace, Anthony F.C. and Robert E. Ackerman. (Anthropologica, 1960). Pibloktoq-An Interdisciplinary Approach to Mental Disorder among the Polar Eskimos of Northwest Greenland.Vol. II(2):249-260 Səyyahlar piblokto sindromunun ilk müşahidəçiləri olmuşdurlar. Məsələn, admiral Robert Piri Qrenlandiya adasının ekspedisiya zamanı bu sindromdan əziyyət çəkən insanların yaratdığı xaosu ətraflı təsvir etmişdir. Pearinin heyəti yerli qadınların azğınlığının şahidi olmuş və yerli kişilər missiyada olarkən bundan istifadə etmişdirlər. Pibloktoya təkcə yerli xalqlar arasında rast gəlinmir.Lister,J. TWO PERSPECTIVES ON THE ETIOLOGY OF PIBLOKTOQ . Belə ki, 1800-cü illərdə pibloktoya xas simptomları olan gəmi qəzasına uğramış dənizçilərin vəziyyətləri təsvir edilmişdir. Bu pozğunluğun şimal xalqlarının sivilizasiya ilə təmasından əvvəl mövcud olduğu və indiki dövrdə də rast gəlindiyi müəyyən edilmişdir.
Mənşəyi Piblokto ən çox qütb Qrenlandiya və Alyaskada yaşayan Eskimoslar arasında yayılmışdır. Oxşar simptomlar 1800-cü illərdə Arktikada uzun müddət yaşayan avropalı dənizçilərdə də qeydə alınmışdır.Ruiz, P. (2007) Focusing on Culture and Ethnicity in America . Yerli sakinlər arasında piblokto adi bir hal hesab olunur. Pibloktonun ilk dəfə hansı ərazidə meydana gəlməsi hələ elmə məlum deyildir.Brill, A. (August 1913) Piblokto or Hysteria Among Peary’s Eskimos . Volume 40. Issue 8. pp. 514—520. Bu sindroma ən çox Eskimo qadınları arasında, ən uzun qütb gecələrində rast gəlinir.
Səbəbləri İnsanlarda pibloktonun səbəbi hələ də məlum olmasa da, Qərb alimləri bu pozğunluğu Arktika bölgəsində günəşin olmaması, həddindən artıq aşağı temperatur və əhalinin sıxlığı ilə əlaqələndirirlər.Fulk,M. (2012) Pibloktoq . Risk altında olan sosial-mədəni qrupun təcrid olunması da risk faktorları arasındadır.Ephron, Sarah. (July/August 2003) Arctic Hysteria , from Up Here Magazine ; archived at SarahEfron.com Pibloktonun səbəbinin emosianal çatışmazlığın ola biləcəyi də irəli sürülmüşdür.
Bu sindroma xas xüsusiyyətlərdən biri də bədəndə A vitamininin artıqlığıdır. Eskimoslar A vitamini ilə zəngin qidalara üstünlük vermişdirlər.Kontaxakis, V., Skourides, D., Ferentinos, P., Havaki-Kontaxaki, B., & Papadimitriou, G.(2009)."Isotretinoid and Psychopathology: A Review", Annals of General Psychiatry, 8 (2), doi: 10.1186/1744-859X-8-2Smith, S. (2012, December 6). What is Piblokto? wiseGEEK: clear answers for common questions. Retrieved March 29, 2013.. Эскимосы употребляют в пищу большое количество содержащих витамин А продуктов: печень, почки и жир рыб и морских млекопитающих, что, вероятно, является фактором заболевания пиблокто. Информация о данном факторе риска была донесена до местных жителейLandy,D. (1985) Pibloktoq (hysteria) and Inuit nutrition: possible implication of hypervitaminosis A . Belə ki, qaraciyər, böyrəklər, balıq və dəniz məməlilərindən alınan yağlar piblokto xəstəliyinə səbəb olan amillər sırasındadırlar. Bu risk faktoru haqqında məlumat yerli sakinlərə də bildirilmişdir. Çox miqdarda A vitamini olan ət və sakatatların, xüsusən də arktik balıqların və məməlilərin qaraciyərinin qəbulu əksər insanlar üçün ölümcül faktor hesab edilmişdir.
Eskimos dini pibloktonu pis ruhların sahibliyi ilə əlaqələndirirdi. Şamanizm və animizm inuit ənənəvi inancının dominant formalarıdır. Burada anqakkuq şəfaçı canlılar dünyası ilə digər dünya arasında vasitəçi rolunu oynayır. Qəbilə şəfaçiləri ruhlarla ünsiyyət qurmaq və şeytan çıxarmaq kimi üsullardan istifadə edirdilər. Eskimoslar arasında belə bir fikir var ki, trans vəziyyətinə girən insanlara hörmətlə yanaşmaq lazımdır. Çünki trans zamanı daha yüksək güclərdən bir vəhy alına bilər. Pibloktodan əziyyət çəkənlərin vəsvəsəsinə qapılmamaq üçün sağlam eskimoslar onlarla təmasdan qaçmağa çalışmışdırlar. Piblokto müalicəsi olaraq isə insanlar öz imkanlarına buraxılır və zamanla öz-özlərinə düzələcəkləri güman olunurdu. Piblokto digər psixi pozğunluqların (xüsusən də epilepsiya) təzahürləri ilə qarışdırıla biləcəyi üçün kənar yardımın olmaması xəstə üçün təhlükə yaradırdı.
Xəstəliyin varlığı ilə bağlı şübhələr Piblokto halları tarixi qeydlərdə və rəsmi tibbi mətnlərdə sənədləşdirilsə də, bir sıra Arktika tədqiqatçıları və Arktika sakinləri sindromun mövcudluğuna şübhə ilə yanaşırlar. Onların fikrincə, bu sindrom yerlilərin özlərindən daha çox Şimal əhalisinin təsəvvürlərində mövcuddur.
1988-ci ildə Parks Kanada tarixçisi Lyle Dick, pibloktonun reallığı barədə ümumi qəbul edilmiş konsepsiyaya etiraz etdi. Dik Arktika tədqiqatçılarının həqiqi qeydlərini, eləcə də Eskimos cəmiyyətlərinin etnoqrafik və linqvistik hesablarını nəzərdən keçirdi və pibloktonun qeydə alınmış bütün nümunələrindən yalnız səkkizinin həqiqi olduğunu və "piblokto" sözünün inuit dilində mövcud olmadığını aşkar etdi. Dikin belə nəticəyə gəlməsinin səbəbi isə sözün və ya ifadənin fonetik transkripsiyasındakı səhvlərin nəticəsi ola bilərdi. 1995-ci ildə Arctic Anthropology jurnalında dərc olunmuş məqaləsində və 2001-ci ildə yazdığı Muskox Land "Ellesmere Island in the Age of Contact" adlı kitablarında Dik təklif edirdi ki, piblokto mahiyyət etibarı ilə daha çox avropalı tədqiqatçıların reaksiyasından yaranan "xəyal ünsürü"dür.
Hughes və Simons pibloktonun mövcudluğuna şübhə ilə yanaşır, avropalılar tərəfindən pozğunluğun ehtimal edilən təzahürlərini inuitlərin həyat tərzi ilə əlaqələndirirlər ki, bu da patriarxat və şamanizm təcrübəsi zamanı cinsi zorakılığı ehtiva edir.Simons, R. C., Hughes, C. C. The culture-bound syndromes: folk illnesses of psychiatric and anthropological interest. D. Reidel Publishing Company, (1985), Holland. p. 275, 289.
İstinadlar
Ədəbiyyat
Higgs, Rachel D. (2011) «Pibloktoq — A study of a culture-bound syndrome in the circumpolar region», The Macalester Review: Vol. 1: Iss. 1, Article 3.
Kateqoriya:Psixopatoloji sindromlar Kateqoriya:Sindromlar Kateqoriya:Mədəniyyətlə əlaqəli sindromlar