Lata (Malay dilindən götürülmüş bu söz, Azərbaycan dilində qıdıqlanma, qıdıq mənalarını verir) — Cənub-Şərqi Asiya sakinləri arasında baş verən psixopatoloji sindromdur. Sindromun əsas səbəbi insanın yaşadığı güclü stresdir. Lata sindromundan əziyyət çəkən xəstə tutmalar zamanı qışqırır, söyüş söyür, səbəbsiz gülür, ətrafdakı insanların söz və hərəkətlərini təqlid edir. Somatik simptomlara isə ürək hərəkətlərinin artması və həddindən artıq tərləmə aid edilir. Xəstəliyin fizioloji səbəbləri hələ müəyyən edilməmişdir.
Lata sindromu qorxudan yaranan xəstəlik hesab olunur və tarixən xəstəlikdən daha çox şəxsi mədəniyyət sindromu olaraq da tanınır. Bu sindroma oxşar xəstəliklər başqa cəmiyyətlərdə və ərazilərdə də müşahidə olunmuşdur. Məsələn, Men əyalətindən olanlar arasında yayılmış dik atılan fransız sindromu, Pinejsk regionunun kənd sakinlərinin hıçqırıq sindromu, Tokarskinin Sibir ərazisində təsvir etdiyi meryaçeniye sindromu və s. Lakin, bu sindromlar arasında əlaqənin olub-olmaması müzakirəli mövzudur. Bu sindromun ICD-10 üzrə kodu F48.8-dir. Mədəniyyətlə əlaqəli sindrom kimi xarakterizə olunur.
Birinci qeydlər
Lata haqqında ilk məlumatlar 1849-cu ildə Loqanın Melakadan Nanninqə səyahəti zamanı yazılan Loqa jurnalında qeyd edilmişdir. 1860-cı illərdə lata xəstəliyi Malay yarımadasında və Yavada qeydə alınmışdır.Gimlette, J. D. (1897, August 21). Remarks on the Etiology, Symptoms, and Treatment of Latah, with a Report of Two Cases [Electronic version]. The British Medical Journal, 455—457. Şahidlər əvvəlcə lata hallarını sadə beyin zədələnməsi ilə əlaqələndirirdilər. Ona görə də bu dövrlərdə lata haqqında çox az məlumat var idi. Brayn 1880-ci illərin əvvəlindən ortalarına qədər lata haqqında məlumatlar əldə etmişdir. Brayn qeyd edirdi ki, lataya kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Qadınlar arasında da sindrom daha yaşlı qadınlarda, gənc qadınlara nisbətən geniş yayılmışdır.
İngilis müstəmləkə idarəçisi Frank Svettenhem 1895-ci ildə "Malayan Sketches" adlı essesində latanı təsvir etmişdir. Svettenhem 1874-cü ildə Selanqora göndərilən iki Ambon polisinin psixi vəziyyətlərinin həmkarları tərəfindən olunan zarafat nəticəsində necə dəyişdiklərini göstərmişdir. Mənbələrdə lata haqqında çox az məlumat vardır.
İnkişaf istiqaməti Lata insanlara müxtəlif cür təsir göstərir. Reaksiyanın intensivliyi insandan insana dəyişir. Lata uzun müddət ərzində inkişaf edən bir sindromdur. Simptomlar xəstəliyin əmələ gəlməsindən xeyli sonra yaranır. Xəstələrin böyük əksəriyyəti cinsi əlaqədə olmayan və ya cinsi həyatından narazı yaşlı və orta yaşlı qadınlardır. Xəstəlik, adətən menopoz dövründə baş verir. Lata Malayziyalılar və Yavalılar arasında daha az yayılmışdır. Bu xəstəlik aşağı sinif insanlarda daha çox olur. Səbəbi isə yuxarı sinif insanların öz emosiyalarını daha yaxşı idarə etməsidir. Lata qorxudan və ya güclü həyəcandan sonra meydana gəlir. Tutmalar zamanı insan söyüş söyür, kobud və nalayiq sözlər işlədir, ətrafındakıların və hətta televiziyada görünən insanların söz və jestlərini təqlid edir. Lakin, xəstələr nə qədər özlərini pis idarə etsələr də, verilən əmrə tabe olurlar. Bu hallüsinasiyalarla müşayiət olunan açıq motor həyəcanı fonunda baş verir. Psixoz zamanı baş verən hadisələr sonradan unudulur. Amokda olduğu kimi, latada da şüur pozğunluğu müşahidə olunur. Latanın simptomları ekolali və ekopraksili ambulator avtomatizm ilə müşayiət olunur, sonra isə amneziya ilə bitir.
Yaranma səbəbləri
Latanın meydana gəlməsi çox vaxt stresslə əlaqələndirilir. Tanner və Çamberland tərəfindən 2001-ci ildə aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, xəstələrin əksəriyyəti lataya tutulmamışdan əvvəl həyatlarında stresli bir hadisə (məsələn, uşaq sahibi olmaq, həyat yoldaşının ölümü) yaşamışdırlar.Tanner, C. M., & Chamberland, J. (2001, May). Latah in Jakarta, Indonesia. Movement Disorders, 16(1), 526—529. Bundan əlavə, müxtəlif tədqiqatlarda xəstələrin tez-tez yuxu gördükləri qeydə alınmışdır. Bu yuxular cinsi xarakterli idilər. Xəstələr yuxuda böyük penis gördüklərini deyirdilər. Tanner və Çamberlanda görə, bu yuxular reproduktiv sahədə bir növ disfunksiyanı göstərirdi. Osborne (2001) iddia edir ki, lata onu əhatə edən mədəni atmosferə bir növ emosional çıxışı təmin edir.Osborne, L. (2001, May). Regional Disturbances. The New York Times. Retrieved April 6, 2016. Şinzelər hesab edirlər ki, lata qadınlar üçün kişilərə nisbətən daha az alçaldıcıdır və qadınların əslində cəmiyyətdə daha çox azadlığı vardır. Onlar qadınların kişilərlə eyni sərt standartlara riayət etmədiklərini bildirmişdilər. Belə ki, kişilər yaşlandıqca öz ləyaqətləri və cəmiyyətdəki statusları haqqında daha çox, qadınlar isə ildən-ilə bu mövzuya daha az əhəmiyyət verirlər. Buna görə qadınlar lata xəstəliyinə daha tez tutulurlar. Kişilər üçün isə bu hal qəbuledilməzdir. Sindromun mümkün səbəblərindən biri də suqgestiv təsir hesab olunur.
Təklif edilmişdir ki, lata katatonik şizofreniyanın kəskin forması və ya isterik reaksiya forması hesab edilməlidir. M.Tetyuşkin qeyd edir ki, katatonik oyanma nəticəsində əmələ gələn exolaliya və exopraksiya latadan fərqlənir. Belə ki, şizofreniyada bu əlamətlər daxili səbəblərdən yaranır, lata isə əziyyət çəkənlərin xarici psixotravmatik vəziyyətə verdikləri reaksiyadır. Latanın epilepsiya və trans vəziyyət ilə oxşarlığı da qeyd edilmişdir. J.Stoimenov və İ.Raçev hesab edirdilər ki, lata vahid nozoloji xəstəlik deyildir, bir neçə psixi pozuntunu özündə birləşdirən sindromdur. G.Mörfi hesab edir ki, Malayziya və İndoneziyada uşaqların yetişdirilməsi üsulları onlarda latanın inkişafına təsir edir. G. B. Deryagin latanın cinsi məmnunluğun əvəzedici forması kimi meydana gəldiyini irəli sürmüşdür.
Lataya Malay reaksiyası Malay arxipelaqının yerli əhalisi latanın patoloji yox, ekstravaqant davranışın təzahürü kimi qəbul edirdilər. Malayda qadınlar latadan daha çox əziyyət çəkirdilər. Bunun səbəbini yerli əhali qadınlarda daha az semanqatın olmasında görürdü. Onlar həmçinin qeyd edirdilər ki, qadını qəzəbləndirmək kişidən daha asandır. Bu, həm də aşağı sosial statuslu insanlar arasında latanın daha çox yayılmasını izah edir. Aşağı sosial statuslu insanlar, daha yüksək sosial statuslu insanlarla müqayisədə zorakılığa daha həssasdırlar. Malaylar da qadınların menstruasiya zamanı kişilərə nisbətən daha çox qan itirdikləri üçün daha həssas olduğuna inanırdılar. Bəzi malaylar isə uşaqlıqda çox qıdıqlamanın uşağı yetkinlik dövründə lataya daha həssas etdiyini düşünürdülər.Simons, R. C. (2001, November 1). Introduction to Culture-Bound Syndromes. In Psychiatric Times. Retrieved April 6, 2016.
Populyar mədəniyyətdə Uilyam Sevard Burrouz 1959-cu ildə yazdığı “Çılpaq nahar” romanında reklam və ictimai əxlaqın təzyiqinə məruz qalan müasir kütləvi mədəniyyət insanını parodiya edərkən latadan bəhs etmişdir. Erik Mottram da onunla həmfikir olmuşdur. Berrouz latanı ekopraksiya ilə təsvir etmiş və onun zorakı təsir nəticəsində yarandığını, spontan olaraq yaranmadığını vurğulamışdır.Parkingson A.D., Giving Away the Basic American Root[ed]ness
İstinadlar
Ədəbiyyat Kenny MG. LATAH: The symbolism of a putative mental disorder
Kateqoriya:Psixopatoloji sindromlar Kateqoriya:Sindromlar Kateqoriya:Psixi pozuntular Kateqoriya:Mədəniyyətlə əlaqəli sindromlar Kateqoriya:Reflekslər