Cənubi Koreya yazıçısı və televiziya prodüseri Hvan Don-hyok tərəfindən yaradılmış və "Squid Game 3" adı ilə bazara çıxarılan distopik həyatda qalma triller janrındakı televiziya seriyası "Kalmar oyunu"nun üçüncü və sonuncu mövsümünün 27 iyun 2025-ci ildə yayımlanmışdır. Mövsümün istehsalı "Netflix" tərəfindən aparılıb.
Mövsümün çəkilişləri 2023-cü ilin iyulunda başladı və ikinci mövsümlə birlikdə arxa-arxaya çəkildiyi üçün 2024-cü ilin iyununda başa çatdı. Üçüncü mövsümün post-prodakşını demək olar ki, 2024-cü ilin noyabrında başa çatdı.
Hvan əvvəlcə ikinci və üçüncü mövsümləri bir mövsüm kimi düşünürdü, lakin bir mövsüm üçün həddən artıq uzun olduğu üçün seriyaları iki mövsümə ayırdı. Hvan bildirmişdir ki, üçüncü mövsümün bitməsindən sonra Ki-han əvvəlki iki mövsümlə müqayisədə yenidən dəyişmiş insan olacaq və "çox kritik yol ayrıcında" olacaq. Mövsümdə, həmçinin, Hvan İn-honun necə "Front Man"ə dönüşdüyünə də toxunulmuşdur. "Young-hee" adlı nəhəng qız kuklanın "sevgilisi" "Cheol-su" da ikinci mövsümündən sonra tanıdıldı və üçüncü mövsümdə təqdim olundu.
İstinadlar
Kateqoriya:Kalmar oyunu Kateqoriya:Kapitalizmin tənqidi Kateqoriya:Antiutopik teleseriallar