thumb|296x296px|1972-ci ildə "Feyenoord"a qarşı matçda məğlub olduqdan sonra iğtişaş törədən "Tottenhem" azarkeşləri Futbol xuliqanlığı — futbol tədbirlərində tamaşaçılar tərəfindən törədilən zorakılıq və digər destruktiv davranışlar. Futbol xuliqanlığı adətən rəqib komandanın tərəfdarlarına hədə-qorxu gəlmək və ya hücum etmək üçün yaradılmış qeyri-rəsmi qruplar arasındakı qarşıdurmalar ilə xarakterizə olunur. Bəzi klubların arasında uzun müddətdir davam edən rəqabət mövcuddur və belə klubların qarşılaşdığı matçlardakı qarşıdurmalar daha şiddətli ola bilir. Belə münaqişələr matçdan əvvəl, matç vaxtı, matçdan sonra və bəzən matçdan kənar yaşana bilər. İştirakçılar çox vaxt polis tərəfindən tutulmamaq üçün stadiondan kənar ərazi seçsə də, bu cür qarşıdurmalar stadion daxilində və ya ətraf küçələrdə də kortəbii şəkildə başlaya bilər. Futbol xuliqanlığının ən ekstrim halları polis, xuliqanlar və ya ətrafdakı digər insanların ölümü ilə nəticələnmişdir.
Həmçinin bax
Qamışlı iğtişaşları
İstinadlar
Kateqoriya:Futbol xuliqanlığı Kateqoriya:Zorakılıq Kateqoriya:İngiltərədə cinayətkarlıq