Azərbaycan Premyer Liqası 2025/2026 — futbol üzrə Azərbaycan Premyer Liqasının 34-cü mövsümü. Mövsüm 15 avqust 2025 tarixində başlayıb. Son tur 24 may 2026-cı ildə keçirilib. Çempionluğu ilk dəfə Sabah qazanıb, Karvan-Yevlax isə Birinci Liqaya düşüb.

Əvvəlki mövsümlərdən fərqli olaraq 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alındı və öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək. Həmçinin heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək. Bu mövsümdən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb.

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında 11-ci yeri tutan komanda ilə I Liqada 2-ci pillədə qərarlaşan klub arasında neytral meydanda bir oyunluq pley-off qarşılaşması baş tutacaq. Qalib komanda növbəti mövsümdə Premyer Liqada çıxış etmək hüququ qazanacaq. Sonuncu yeri tutan klub I Liqaya düşəcək, aşağı dəstənin çempionu isə birbaşa Premyer Liqaya vəsiqə əldə edəcək.

Mövsüm öncəsində AFFA-nın Lisenziya Komissiyasının 8 may 2025-ci ildə keçirilmiş iclasında Premyer Liqanın 2025/2026 mövsümünün yarışlarında iştirak etmək üçün "Baku Sportinq", "Difai", "İmişli", "Karvan", "Kəpəz", "Qəbələ", "Səbail" və "Şamaxı" klublarına lisenziya verilib.

2025/2026 mövsümünün püşkatma mərasimi 18 iyul 2025-ci il tarixində, yerli vaxtla saat 15:00-da "Alov qüllələri" kompleksində baş tutub.

Komandalar və məşqçiləri BL — Birinci Liqa PL — Azərbaycan Premyer Liqası

Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümündə 12 futbol klubu mübarizə apardı. Onlardan doqquzu son mövsümdə Premyer Liqada, digər üçü isə son mövsümdə Birinci Liqada mübarizə aparmışdı. Komanda2024/2025RəhbərMəşqçiYaşTəyinatGöndərilməsiSəbəbLiqaYer Araz-Naxçıvan PL 3 Prezident Ramin Axundov Elmar Baxşiyev 44 08.04.2024 23.12.2025İstefaya göndərildi Andrey Demçenko 50 04.01.2026 26.05.2026 Müqavilə müddəti başa çatdı Kəpəz PL 9 İH sədri İlqar Nadiri Adil Şükürov4810.06.202522.09.2025 Qarşılıqlı razılaşma əsasında Azər Bağırov4101.10.202530.05.2026 Müqavilə müddəti başa çatdı Neftçi PL 6 Baş icraçı direktor Cenk Sümər Samir Abbasov46 14.10.202424.11.2025İstefaya göndərildi Sənan Qurbanov (müvəqqəti)45 24.11.2025 09.12.2025 Müvəqqəti təyinat başa çatdı Yuri Vernidub59 09.12.2025—QarabağPL1PrezidentTahir Gözəl Qurban Qurbanov5204.08.2008— Şamaxı PL 7 Prezident Elçin Usub Ayxan Abbasov4213.06.2024 23.05.2026 Müqavilə müddəti başa çatdı Sabah PL 5 Prezident Maqsud Adıgözəlov Valdas Dambrauskas4818.06.2025— Qəbələ BL 1 Prezident Fariz Nəcəfov Kaxaber Tsxadadze5725.02.2024— Sumqayıt PL 8 Prezident Riad Rəfiyev Saşa İliç467.07.2025 26.05.2026 Müqavilə müddəti başa çatdıTuran TovuzPL4İH sədriEhtiram Quliyev Qurban Berdiyev7125.06.2024—ZirəPL2PrezidentTaleh Nəsibov Rəşad Sadıqov4217.07.2020—İmişliBL3PrezidentKamran Eyyubov Xorxe Kaskilya5624.06.2025 29.06.2026 Müqavilə müddəti başa çatdı Karvan BL 2 Prezident Şahmar Vəliyev Azər Həşimov 40 16.07.2025—

Stadionlar KlubQurulma tarixiMəkanStadionAzarkeş tutumuAzərbaycan Peşəkar Liqası Araz-Naxçıvan1967Naxçıvan, BakıDalğa Arena6.500Qəbələ2005QəbələQəbələ şəhər stadionu4.500İmişli2022İmişli, QubaQuba şəhər stadionu 2.200Kəpəz1959Gəncə, TovuzTovuz şəhər stadionu6.500Karvan Yevlax2022YevlaxYevlax şəhər stadionu2.200Neftçi Bakı1937BakıNeftçi Arena10.260Qarabağ1987Ağdam, BakıTofiq Bəhramov adına Respublika Stadionu 31.200Sabah2017AbşeronBank Respublika Arena8.600Şamaxı1997ŞamaxıŞamaxı şəhər stadionu2.200Sumqayıt2010SumqayıtMehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu8.700Turan Tovuz2014TovuzTovuz şəhər stadionu6.500Zirə2014ZirəZirə İdman Kompleksi stadionu1.300

Turnir cədvəli

Pley-off Premyer Liqada 11-ci yeri tutan Qəbələ ilə Birinci Liqada ikinci pillədə qərarlaşan Mingəçevir arasında pley-off oyunu 28 may 2026-cı ildə SOCAR Polymer Arenada keçirilib. Qəbələ 2–0 hesabı ilə qalib gələrək Premyer Liqada qalıb.

Nəticələr Klublar bir-biriylə 3 dəfə oynamaqla ümumilikdə 33 oyunda iştirak ediblər.

1–22-ci turun matçları

23–33-cü turun matçları

Futbolçular üzrə göstəricilər

Bombardirlər Mövsümdə 10 və daha çox qol vuran futbolçular. YerFutbolçuKlubQol1 Coy Lens MikelsSabah192–4 Velko SimiçSabah112–4 Bassala SambuNeftçi112–4 Emin MahmudovNeftçi115–7 Aleksandr RamalinqomSumqayıt105–7 Karim RossiŞamaxı105–7 Joarlem SantosTuran Tovuz10

Qeydlər

İstinadlar

Kateqoriya:Azərbaycan Premyer Liqası mövsümləri Kateqoriya:2025/2026 mövsümündə Azərbaycanda futbol