Artur Ouken (; ) — amerikalı iqtisadçı. 1968-1969-cu illərdə İqtisadi Müşavirlər Şurasının () sədri vəzifəsində çalışıb. Bu vəzifəyə təyin olunmazdan əvvəl Yel Universitetində professor kimi dərs demişdir, daha sonra isə Vaşinqton şəhərində yerləşən Brukinqs İnstitutunun üzvü olmuşdur. 1968-ci ildə Amerika Statistik Assosiasiyasının () üzvü seçilmişdir.View/Search Fellows of the ASA , accessed 2016-08-20.

Ouken "Ouken qanunu"nun müəllifi kimi tanınır. Bu qanuna əsasən, işsizlik səviyyəsində hər 1% artım ölkənin ÜDM-ni potensial ÜDM-dən təxminən 2.5% azaldır.Arthur Okun Dies, Economic Adviser to Johnson , accessed 2020-08-14. O, həmçinin "əzab indeksi"nin () və vergi ilə bağlı "sızan vedrə" () analogiyasının müəllifidir.Okun, Arthur M. (1975), Equality and Efficiency: The Big Tradeoff. Washington, D.C.: Brookings Institution, 1975, pp. 91–92.

Artur 1949-cu ildə Kolumbiya Kollecini bitirərkən ən yüksək GPA göstəricisinə görə Albert Eşer Qrin Memorial mükafatına layiq görülüb. Daha sonra 1956-cı ildə Kolumbiya Universitetində iqtisadiyyat üzrə doktorantura təhsilini tamamlayaraq Yel Universitetində dərs deməyə başlamışdır.

Artur Ouken 23 mart 1980-ci ildə infarktdan vəfat etmişdir.

Kitabları Equality and Efficiency: The Big Tradeoff (Washington, D.C.: Brookings Institution, 1975) Prices and Quantities: A Macroeconomic Analysis, burada bax (1981)

İstinadlar

Xarici keçidlər Brookings Inst Bio and Obit

Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:Yel Universitetinin müəllimləri