thumb|20-ci əsrin əvvəllərinə aid bir Helloween təbrik kartında bir fal ritualı təsvir edilir. Kartda bir qadın qaranlıq otaqda güzgüyə baxaraq gələcək həyat yoldaşının üzünü görməyə çalışır. Sol tərəfdə isə divarda cadugərin kölgəsi görünür.

Qanlı Məryəm — güzgüdə peyda olan gələcəyi göstərən ruh, kabus, cadugər və ya mistik varlıq.

Əfsanəyə görə, onun adını müəyyən sayda təkrarlayan şəxs güzgüdə onun obrazını görə bilər. Bu mif müxtəlif mədəniyyətlərdə fərqli şəkildə təqdim olunur: bəzi versiyalarda Qanlı Məryəm xeyirxah bir ruh, digərlərində isə qorxunc və təhlükəli bir varlıq kimi təsvir edilir. Bu inanc qrup halında oynanılan folklor oyunlarının bir hissəsidir.

Ritual Keçmişdə gənc qızlar qaranlıq bir evdə şam yandıraraq güzgü qarşısına keçər və gələcək həyat yoldaşlarının simasını görməyə çalışardılar. Əgər güzgüdə bir insan əksi görünürdüsə, bu, uğurlu evliliyə işarə edilirdi. Lakin bəzi hallarda güzgüdə kəllə və ya ölüm mələyinin siması peyda olurdu ki, bu da onların evlənmədən əvvəl öləcəklərinə işarə edilirdi.

Bu gün isə Qanlı Məryəm ritualı daha qorxulu formada edilir. İnsanlar zəif işıqda və ya tam qaranlıq bir otaqda güzgü qarşısına keçərək onun adını müəyyən sayda təkrarlayırlar. İnanclara görə, Qanlı Məryəm güzgüdə peyda olub iştirakçıları qorxudur, onlara qışqırır, hətta bəzən hücum edir. Bəzi rəvayətlərdə isə o, qana bulaşmış, cadugər və ya iblis kimi təsvir edilir. Bəzi versiyalarda Qanlı Məryəm fərqli adlarla tanınır – məsələn, Cəhənnəm Məryəmi və ya Məryəm Vört ən məşhur nümunələrdəndir. Yaponiyada yayılan Hanako-san əfsanəsi də Qanlı Məryəm əfsanəsinə çox oxşayır. Bundan əlavə, 1990-cı illərdə Qanlı Məryəm ritualı populyar mədəniyyətdə geniş yer aldı və irqçilik, cinsi zorakılıq və gender bərabərsizliyi kimi mövzuların müzakirəsi üçün bir simvola çevrildi.

Əfsanənin mənşəyi Onun həqiqətən mövcud olub-olmaması ilə bağlı müxtəlif fikirlər var. Əfsanənin gerçək tarixi şəxsiyyətlərə əsaslandığı da iddia edilir.

Ən çox ehtimal edilən namizədlər bunlardır:

İngiltərə Kraliçası I Mariya ("Qanlı Məryəm") – 16-cı əsrdə hakimiyyətdə olduğu dövrdə dini müxaliflərə qarşı amansız siyasət aparmış və yüzlərlə insanın edamına səbəb olmuşdu. Bu səbəbdən "Qanlı Məryəm" adlandırılmışdı. Yelizaveta Batori – 17-ci əsrdə yaşamış macar qrafinyası. Onun yüzlərlə gənc qızı öldürüb qanlarında çimdiyi deyilir. Bu səbəbdən o, vampir mifləri ilə əlaqələndirilir. Məryəm Vört – bəzi rəvayətlərdə cadugərlikdə ittiham edilərək edam olunan, digərlərində isə qaçan kölələri öldürən qadın kimi tanınır.

Qanlı Məryəm əfsanəsi qorxu folklorunun bir hissəsidir və insanların qorxularını ifadə etməsi üçün yaradılmış simvolik bir obraz hesab edilir.

İstinadlar

Xarici keçidlər Optical Illusions: Troxler's Fading

Kateqoriya:Folklor və mifologiyada cadugərlik Kateqoriya:Mif qəhrəmanları Kateqoriya:Folklor personajları Kateqoriya:Qadın mifoloji varlıqlar Kateqoriya:Fövqəltəbii şəhər əfsanələri