Leyla Rəsulzadə (doğum adı: Vanda Rujanska (); ) — polyak pedaqoq, Məhəmməd Əmin Rəsulzadənin ikinci həyat yoldaşı. O, həyat yoldaşı ilə birlikdə mühacirət dövrünü yaşamış və onun siyasi mübarizəsində mənəvi dəstəkçisi olmuşdur.
Erkən həyatı və təhsili Vanda Rozanska 23 iyun 1895-ci ildə Varşavada anadan olmuşdur. Atasının adı Yan, anasının adı isə Anila idi. O, Varşava Universitetinin fransız filologiyası fakültəsini bitirmişdir. Tələbəlik illərində inqilabi fəaliyyətlə məşğul olmuş və özünü "inqilabçı" adlandırmışdır. Bu dövrdə o, sosialist ideyalarına maraq göstərmiş və siyasi hərəkatlarda iştirak etmişdir. Onun Polşanın görkəmli dövlət xadimi Yuzef Pilsudski ilə qohum bağları olması təqziblənir.
Məhəmməd Əmin Rəsulzadə ilə tanışlığı və evliliyi Vanda Rozanska Parisdə Məhəmməd Əmin Rəsulzadə ilə tanış olmuşdur. Onların arasında dərin bir sevgi və hörmət yaranmışdır. Onlar 3 may 1936-cı ildə Parisdə evlənmişdilər. Evləndikdən sonra Vanda xanımın adının Leyla olaraq dəyişdirilsə də, onun İslamı qəbul etmədiyi qeyd edilir. Məhəmməd Əmin Rəsulzadə ona "Leyli və Məcnun" poemasından ilhamlanaraq, "Leyla" deyə müraciət edirdi. Adını dəyişdirdiyinə baxmayaraq, Leyla Rəsulzadə xristian katolik dini baxışlarına sadiq qalmışdı. Dindar olmasa da, həftə sonları İtalya səfirliyinin bağçasındakı katolik kilsəsinə dua etməyə gedirdi.
Mühacirət dövrü və ailə həyatı thumb|Soldan: Abbasqulu Kazımzadə, Vanda Rəsulzadə və Məhəmməd Əmin Rəsulzadə. Varşava, Paderevski parkı, 1936-cı il Evləndikdən sonra cütlük Polşada yaşamışdır. 1939-cu ildə İkinci Dünya müharibəsi başlaması ilə M. Ə. Rəsulzadə almanların və rusların əlinə düşməmək üçün 6 sentyabr 1939-da təcili olaraq Rumıniyaya keçmişdir. Rəsulzadənin pasportu olmadığı üçün Buxarestə, Türkiyənin Rumıniyadakı səfiri, köhnə dostu Hamdulla Sübhi Tanrıövərə sığınmışdır. Leyla Rəsulzadə isə ailəsi ilə alman işğalçılarına qarşı aparılan müstəqillik mübarizəsinə qatılmışdı. Vərəqələrin hazırlanması və toplanması üçün ən uyğun yer onların evi seçilmişdi. Lakin Leyla xanımın bacısının əri gestapo tərəfindən həbs edilib öldürüldükdən sonra, o da Polşadan qaçaraq Rumıniyada məskunlaşır.
1944-cü ildə Sovet ordusu artıq cəbhəni yarıb Qərb istiqamətində irəliləyirdi. Rumıniyaya yaxınlaşdıqlarını gördükdə Rəsulzadələr müharibədə neytrallığını saxlayan İsveçrəyə keçmək istəyirlər. Lakin İsveçrə sərhəd qoşunları sərhədi keçməyə icazə vermir. Məhəmməd Əmin Rəsulzadənin xilas edən onun həyat yoldaşı Vanda xanımın göz yaşları olur. 1968-ci ildə Edmund Xaraşkeviçə yazdığı məktubunda bu hadisəni belə xatırlayırdı:
1947-ci ildə cütlük Türkiyəyə köçmüş və Ankarada məskunlaşmışdır. Onların övladı olmamışdır. Ankarada yaşadıqları müddətdə Leyla Rəsulzadə ərinin siyasi mübarizəsində ona mənəvi dəstək göstərmiş, eyni zamanda sadə bir həyat sürmüşdür.
Türkiyə Təhsil naziri Tofiq İlərinin köməyi ilə Ankara Milli Kitabxanasında çalışmışdı. Ankarada yaşayarkən universitetin coğrafiya fakültəsinin rus dili və ədəbiyyatı bölümündə dərs vermək təklifi alıb və mövcud işindən daha artıq maaş təklif olunduğu halda, dərhal rədd etmişdir. Rus dilini ana dili kimi bilməsinə rəğmən, rus dili müəlliməsi kimi çalışmağı qəbul etməmişdi.
1955-ci ildə Məhəmməd Əmin Rəsulzadənin vəfatından sonra Leyla Rəsulzadə Ankarada yaşamışdır. Onun həyat yoldaşına dərin bağlılığı vardı və ölümündən sonra tənha və yoxsul bir həyat sürməyə başlamışdır.
Qonşusu olan iqtisadçı Bülənt Danışoğlunun xatirələri:
Ölümü və məzarı Leyla Rəsulzadə 21 may 1974-cü ildə mədə qanamasından müalicə aldığı Ankara xəstəxanasında vəfat etmişdir. O, Cəbəci Əsri məzarlığının xristian bölməsində, 504-cü ada 55 parseldə dəfn edilmişdir.
Leyla Rəsulzadənin ölümü ilə bağlı Türkiyədə mühacirlər tərəfindən nəşr olunan "Azerbaycan" dərgisinin 1974-cü ildə çap edilmiş 210-cu sayında nekroloq dərc edilmişdir. Bu nekroloqda onun fədakar bir qadın olduğu vurğulanmış və həyat yoldaşı Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövründə ona göstərdiyi mənəvi dəstək xüsusilə qeyd olunmuşdur.
2017-ci ildə Azərbaycan Kültür Dərnəyin təşəbbüsü və Anıtlar Dərnəyinin dəstəyi ilə onun yararsız hala düşmüş məzarı bərpa edilmişdir.
Qeydlər
İstinadlar
Həmçinin bax Azərbaycan ekzoqam ailələri
Kateqoriya:Məhəmməd Əmin Rəsulzadə Kateqoriya:Azərbaycan siyasətçilərinin həyat yoldaşları