Fanni Hardi Ekstorm (; ) — amerikalı yazıçı, ornitoloq və folklorşünas. Böyüdüyü Men ştatının: bölgənin tarixi, vəhşi təbiəti, mədəniyyəti haqqında geniş araşdırmalar apararaq, bu istiqamətdə ən qabaqcıl səlahiyyətlilərdən biri kimi tanınıb. Həyatı Erkən həyatı və təhsili Fanni Hardi Ekstorm Men şəhərində anadan olub. Atası Menli Hardi xəz alverçisi, təbiətşünas və taksidermist idi. Onun babasının qardaşı isə məşhur rəssam Ceremi Pirson Hardi olub. Banqor Liseyində təhsil alan Fanni, daha sonra 1883-cü ilin qışında Massaçusets ştatının Andover şəhərindəki kollecə hazırlıq məktəbi Abbot Akademiyasına göndərildi. O, Smit Kollecindən 1888-ci ildə məzun olan Fanni, Milli Adyubon cəmiyyətinin kollec bölməsini də qurdu.

Karyerası 1889-cu ildən 1891-ci ilə qədər Hardi Brüerdəki məktəblərin müdiri vəzifəsində çalışaraq Mendə bu vəzifəni tutan ilk qadın oldu. 1891-ci ildə Forest and Stream jurnalı üçün Men oyun qanunlarını araşdıran bir sıra məqalələr yazdı. Onun atası ilə Men ştatı Maçias gölləri ərazisindəki kəşfləri haqqındakı esseləri jurnallar da dərc edilmişdi.Eckstorm,Fannie Hardy and Tommy Carbone, "Exploring the Maine Woods - The Hardy Family Expedition to the Machias Lakes." Burnt Jacket Publishing, 2021.

XX əsrin əvvəllərində Ekstromun yazıçılıq fəaliyyəti sürətlə inkişaf etməyə başladı. O, ilk iki kitabı olan The Bird Book və The Woodpeckers nəşr edilməmişdən öncəThe Audubon magazine jurnalının sələfi hesab edilən Bird-Lore və Auk kimi jurnallara yazıları ilə töhfələrini verib. Onun 1904-cü ildə nəşr olunan növbəti kitabı "Penobskot adam"da uşaqlıq illərində gördüyü odunçular və qayıq sürücülərindən bəhs edir. 1907-ci ildə yazdığı David Libbey: Penobscot Woodsman və River Driver adlı əsərlərində həmin adamlardan birinin dərin profilini yaradıb.

Növbəti il Ekstorm, Henri Devid Toronun "Maine Woods" icmalını dərc etməyə davam edərkən Brüver ictimai kitabxanasını qurdu. Luis C.Haçın "Maine A History" (1919) əsərinə də töhfə vermiş Fanni, Meri Uinslou Smit ilə birlikdə "Min rəfiqəsi"ni (1927) nəşr etdirib, Smit və Fillips Barri ilə birlikdə Mendən Britaniya balladaları (1929) üzərində də çalışıb. Ekstormun Menin yerli amerikalılarının dili və mədəniyyəti haqqında da yazıları çoxdur. Şəxsi həyatı 1893-cü ildə Çikaqolu Ceykob A.Ekstorm ilə evlənən Fanni həmin il Men ştatının İstport şəhərinə köçdü. Onların iki övladı oldu. 1899-cu ildə Ceykob Ekstormun vəfat etdiyi Rod-Aylend ştatının Providen şəhərinə köçdü. Ərinin ölümündən sonra Ekstorm uşaqlarını götürərək Brüerə qayıtdı. 31 dekabr 1946-cı ildə Brüerdə də vəfat etdi.

Nəşrləri

İstinadlar

Xarici keçidlər

Phillips & Abbot Academies Notable Alumni 1800s Fannie Hardy Eckstorm Collection, Maine Women Writers Collection

Kateqoriya:Qadın ornitoloqlar