Ramil Əbil oğlu Rzayev () — diplomat, hüquqşünas, Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri.
Həyatı 1993–1997-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bakalavr, 1997–1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini magistr dərəcəsi ilə fərqlənmə ilə bitirib. 2001–2003-cü illərdə isə Rusiya Federasiyasının Diplomatiya Akademiyasının Beynəlxalq münasibətlər fakültəsini bitirmişdir.
2000–2004-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyi (MDB) idarəsinin attaşesi, 2004–2006-cı illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin üçüncü katibi, 2006-cı ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin üçüncü katibi, 2007–2009-cu illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin ikinci katibi, 2009–2011-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin ikinci katibi, 2011–2013-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin birinci katibi, 2013–2017-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin birinci katibi, 2018–2020-ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyinin birinci katibi, 2020–2023-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəisi vəzifələrində çalışıb. 2023-cü ildən 20 dekabr 2024-cü il tarixinədək Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Asiya və Sakit Okean Ölkələri İdarəsinin rəisi olmuşdur.
20 dekabr 2024-cü ildən Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
Xarici dil bilikləri ingilis, rus və türk dilləridir.
Həmçinin bax Azərbaycan–İndoneziya münasibətləri Azərbaycanın xarici siyasəti
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycanın İndoneziyadakı səfirləri Kateqoriya:Azərbaycanın Sinqapurdakı səfirləri Kateqoriya:Azərbaycanın Şərqi Timordakı səfirləri Kateqoriya:Azərbaycanın Filippindəki səfirləri