Parkalar – Qədim Roma mifologiyasında tale ilahələri. Yunan mifologiyasında moyralara uyğun gəlirlər.

İnsanın taleyi üç parkanın – Nona, Desima və Mortanın əlindədir.

Nona (lat. Nona) – həyat ipini əyirir (moyra Kloto ilə eynidir). Detsima (lat. Decima) – ipi hörür (moyra Laxezis ilə eynidir). Morta (lat. Morta) – ipi kəsərək insan həyatına son qoyur (moyra Atropos ilə eynidir).

Həmçinin bax

Kateqoriya:Roma ilahələri Kateqoriya:Mifologiyada tanrılar Kateqoriya:Tale