Beynəlxalq Feminist İqtisadiyyat Assosiasiyası (BFİA) () — feminist iqtisadiyyat sahəsində məlumatlılığı artırmaq və bu sahədə araşdırmaları təşviq etmək məqsədilə yaradılmış qeyri-kommersiya beynəlxalq təşkilatıdır. Assosiasiyanın 90-dan çox ölkədə səkkiz yüzdən çox üzvü var. Təşkilat "Feminist Economics" adlı rüblük elmi jurnal nəşr edir.

Tarixi 1990-cı ildə Diana Stressmenn "Feminizm iqtisadiyyatda özünə yer tapa bilərmi?" adlı panel təşkil etdi. Bu paneldə Nobel Mükafatı laureatı Klaudiya Qoldin də daxil olmaqla bir sıra alimlər iştirak etdilər. Stressmenn panelin adının seçilməsində Qoldinin töhfəsini vurğulamışdır.Cin Şakelford və Eypril Aerni panelin auditoriyasındakı iştirakçılara feminist yanaşmanı açıq şəkildə dəstəkləyən yeni bir iqtisadiyyat şəbəkəsinə qoşulmağı təklif etdilər. 1992-ci ildə bu şəbəkə Beynəlxalq Feminist İqtisadiyyat Assosiasiyası (BFİA) adı ilə rəsmi təşkilata çevrildi və Cin Şakelford onun ilk prezidenti oldu.

2003-cü ilə qədər BFİA artıq 30-dan çox ölkədən 500-dən çox üzvə sahib idi. 2003-2004-cü illərdə təşkilatın prezidenti Lurdes Beneriya olmuşdur. 2012-ci ildə BFİA konfransında çıxış edən Shahra Razavi, Beneriyanın işlərini təkcə empirik cəhətdən əsaslandırılmış və konseptual olaraq inkişaf etmiş deyil, həm də kapitalizmin daha geniş tənqidinə bağlı olan sistematik feminist tənqidə töhfə verən bir iş kimi qiymətləndirmişdir. 2010-cu ildə BFİA , İsveç Beynəlxalq İnkişaf Agentliyindən (SIDA) 1,5 milyon dollar qrant almışdır. Bu qrant, təşkilatın fəaliyyətlərini davam etdirməsinə, o cümlədən "Feminist Economics" jurnalının xüsusi buraxılışlarını nəşr etməyə imkan yaratmışdır. O vaxtdan bəri BFİA 90-dan çox ölkədə 800 üzvə qədər genişlənmişdir.

2022-ci ildən etibarən təşkilat yeni, daha dinamik bir mərhələyə keçmişdir. Bu, müəyyən qədər 2020-ci ildə təşkil olunmalı olan, lakin COVID səbəbindən 2021-ci ildə tamamilə onlayn keçirilən Quito konfransının uğuruna əsaslanır. Konfransın onlayn formatı böyük iştirakçı sayını cəlb etmiş və təşkilat üçün yeni və zəngin onlayn tədbirlər seriyasına zəmin yaratmışdır. Onlayn tədbirlər arasında feminist iqtisadiyyatın əsas mövzularına giriş sessiyaları da var. Sessiyalara Dayan Elson və Cayati Qhoş ilə Feminist Makroiqtisadiyyat, eləcə də İpek İlkkaracan ilə Bənövşəyi İqtisadiyyat mövzusunda sessiyalar daxildir.

2023-cü ildə BFİA feminist iqtisadiyyatın tədrisi və bu sahədəki maneələrin müəyyən edilməsi üzrə yeni fəaliyyətlərə başlamışdır. Hal-hazırda BFİA təşkilatının əsas maliyyələşdiriciləri Ko-İmpakt və Vilyam və Flora Hevlett Fondudur. BFİA-nın illik konfransları Friedrich-Ebert-Stiftung və digər qurumlar tərəfindən mütəmadi olaraq dəstəklənir.

Nəşrləri

İstinadlar

Kateqoriya:Feminist iqtisadiyyat Kateqoriya:Sosial bərabərsizlik Kateqoriya:İqtisadiyyatın tənqidi Kateqoriya:Kimlik siyasəti Kateqoriya:Muxtariyyət Kateqoriya:Beynəlxalq peşəkar assosiasiyalar