Kəmaləddin Məhəmməd ibn Əbdülvahid ibn Əbdülhəmid ibn Məsud əs-Sivasi (; ) — XV əsrin hənəfi fəqihlərdən biri.

Həyatı

Mənşəyi və təhsili İbni-Hümam 1386-cı ildə İskəndəriyyədə dünyaya gəlmişdir. Babası Əbülhəmid və babasının atası Məsud əslən Sivasdandılar. Babasının atası Məsud Sivasda qazılıq etmişdir. Etimala görə atası, Anadoludakı qarışıqlıqdan xilas olmaq üçün Məmlüklərin hakimiyyəti altındakı Misirə getmiş və İsgəndəriyyədə Hənəfi qazısı vəzifəsində çalışmışdır. Babasının babası Hümaməddinə görə nisbəsi İbni-Hümamdır. Ləqəbi "Kəmaləddin" olan İbni-Hümam, atasından və İskəndəriyyədəki alimlərdən elm öyrənmişdir. Seyyid Cəlaləddindən fiqh elmini, ərəbcəni və alət elmlərini (sərf, nəhv, lüğət…) Camaləddin Həmididən, üsul və digər elmləri Bisatidən, hədis elmini Əbu Züraya İraqidən öyrənmişdir. Cəmaləddin Hənbəli və Şəmsəddin Şamidən hədisi dinləmişdir. Məraği və İbni-Zahirədən başqa qırx şəxsdən icazət almışdır.

İbni-Hümamın elm öyrəndiyi müəllimləri bunlardır:

İbn Həcər əl-Əsqəlani, Bədrəddin Əyni, Əbu Vəlid ibn əş-Şihnə.

Fəaliyyəti İbni-Hümam dörd məzhəbin alimlərinə elm öyrətmişdir. Mənbələrə görə, təsəvvüf əhlinin qovuşduğu mənəvi mövqe və dərəcələrə də qovuşduğu söylənən İbni-Hümamın kəşf və kəramətləri müşahidə olunmuşdur. Bir müddət insanlardan özünü təcrid etsə də, edilən arzu və israrlar üzərinə geri dönərək yenidən müəllimliyə davam etmişdir. Mənsuriyyə, Əşrəfiyyə və Şeyhuniyyə mədrəsələrində fiqh dərsləri vermişdir.

Ölümü İbni-Hümam 1457-ci ildə Qahirədə vəfat etmişdir.

Əsərləri İbni-Hümam bir çox əsər qələmə almışdır. Əsərlərindən bəziləri bunlardır:

Fəthul-Qadir. "Hidayə" adlı fiqh kitabına yazdığı şərh olub, "Taliq" və "Hidayə"nin digər bəzi şərhləri ilə birgə doqquz cild halında nəşr edilmişdir. Təhrir. Üsul elminə dair qiymətli bir əsərdir. Bu əsərin sonunda əməldə sünniliyin dörd haqq məzhəbdən birinə tabe olmağın vacib olduğunda və bunlardan birinə tabe olmayanın Əhlis-Sünnədən olmadığı bildirilməkdədir. Əsər İbni-Əmr Həcc tərəfindən şərh edilmişdir. Zadül-Fəqir. Namazla əlaqədar məsələlər haqqında yazılmışdır. Şərhi-Bədii ən-Nizam li-İbni-Saati, Fəvatihul-Əfkar fi Şərhi-Ləməatil-Ənvar, əl-Müsayərətü fil-əqaid-əl-Münciyəti fil-Axirət.

Tələbələri Tələbələrindən bəziləri bunlardır:

Yəhya ibn Məhəmməd əl-Münavi, Kəmaləddin ibn Əbu Şərif, Nəcməddin ibn Qazı Əclun, Şəmsəddin əs-Səxavi, Zeyəddin əl-Həfi.

İstinadlar

Kateqoriya:Hənəfilər Kateqoriya:Matüridilər Kateqoriya:Sünni imamları Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Şeyxülislamlar