Əbu Məhəmməd Cəmaləddin Abdullah ibn Yusif ibn Məhəmməd əz-Zeylai (; ) — Hənəfi fəqihi və hədis hafizi.

Həyatı

Doğumu Zeylai bugünkü Somalinin Cibuti sərhədinə yaxın bölgəsi olan, Ədən körfəzi sahindəki liman şəhəri Zeyladandır. Süyuti bioqrafiyasını verərkən, "Zeylai əslində bir sonrakı təbəqədə zikr edilməli idi, ancaq oradakı yaxınlarından əvvəl vəfat etdiyi üçün bura alınmışdır" deyir. Süyutinin bəhs etdiyi bir sonrakı təbəqədə verilən hədis hafizlərinin doğum tarixlərinin 1323–1348-ci illər arasında dəyişməsi və Zeylainin bu təbəqədə mövcud 1325-ci ildə doğulan Zeynəddin əl-İraqi ilə dostluğu diqqətə alındığında, 1320-ci ildə anadan olduğu deyilə bilər.

Təhsili Zeylai, dövrünün qabaqcıl elm adamlarından Şəhabəddin Əhməd ibn Məhəmməd ibn Fütuh ət-Tücibi, Osman ibn Əli əz-Zeylai, Ələddin ibnüt-Türkmani, Şəhabəddin Əhməd ibn Məhəmməd ibn Qeys əl-Ənsari, Cəlaləddin Əbül-Fütuh Əli ibn Əbdülvəhhab əl-Cüreyri və Bəhaəddin ibn Aqil kimi şəxsiyyətlərdən hədis, fiqh və nəhiv (ərəb dili qrammatikası) təhsil almışdır. "Nəsbur-Rayə"nin bir çox yerində ifadə etdiyinə görə hədis müəllimləri arasında Əbül-Həccac Yusuf ibn Əbdürrəhman əl-Mizzi ilə Zəhəbi də vardır. Fiqhdə fətva verəcək səviyyəyə gəlmiş olsa da, qələmə aldığı əsərlərdə hədisçilik istiqaməti ön plandadır. İbn Həcər, müəllimi Zeynəddin əl-İraqinin şafii, Zeylainin hənəfi olmasına baxmayaraq həmrəylik içində işlər gördüklərini ifadə etdiyini nəql edər. Buna nümunə olaraq da İraqinin, Qəzalinin "İhya"sındakı hədislərlə Tirmizinin "əs-Sünən"ində, "və fil-bəb an fülan…" (; ) ifadəsiylə işarə etdiyi rəvayətlərin təxrici üzərində çalışarkən Zeylaidən, Zeylainin də Mərğinaninin "əl-Hidayə"siylə Zəmaxşərinin "əl-Kəşşaf"ındakı hədislərin təxricini edərkən İraqidən faydalandığını ifadə edər.

Ölümü Hədis təxrici mövzusundakı işləri bir çox alim tərəfindən istinad olaraq istifadə edilən Zeylai 11 Məhərrəm 762-ci (21 noyabr 1360) ildə Qahirədə vəfat etmişdir. Onun Əvfat Əmirliyini təmsilən Məmlük sultanı Məhəmməd ibn Qalavuna göndərilən elçilik heyətinə başçılıq etməsi ölkəsində böyük etibar daşıdığını göstərməkdədir.

Əsərləri Zeylainin qələmə aldığı əsərlər bunlardır:

Nəsbur-Rayə li-təxrici əhadisil-Hidayə. Əl-İsaf bil-əhadisil-Kəşşaf. Zəməxşərinin təfsirindəki rəvayətlərin təxricinə dair olub, müəllif yeri gəldikcə əsəri tənqid etmiş, ancaq ondakı bütün rəvayətləri təxric edə bilməmişdir. Zeylainin bu əsəri də daha sonraları hədis təxrici edənlər üçün imtina edilməz bir qaynaqdır. Müxtəsərul-Şərhi-Məanil-əsar. Zeylai bu işində Əbu Cəfər ət-Tahavinin "Şərhu-Məanil-əsar"da zikr etdiyi rəvayətlərin səhabə ravi xaricindəki sənədlərini çıxartmışdır.

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hənəfilər