Nut — Qədim Misir mifologiyasına görə səma ilahəsi. O, göy üzünü, ulduzlarla dolu gecə səmasını təmsil edir və Qədim misirlilər üçün çox mühüm ilahi varlıq sayılırdı. Həmçinin Nut ana obrazı kimi də təsvir olunurdu — o, göy üzünü bədəni ilə əhatə edir və hər gecə günəş tanrısını udaraq, səhər yenidən doğur.

Ailə Butun atası hava tanrısı Şu, anası isə rütubət ilahəsi Tefnutdur. Nut torpaq tanrısı Geb ilə evlidir. Bu evlilikdən Misir mifologiyasının ən məşhur beş tanrısı dünyaya gəlir: Osiris – axirət və dirilmə tanrısı İsida – sehr, analıq və qoruyucu ilahə Set – xaos və dağıntı tanrısı Neftida – gecə və ölü dünyasının ilahəsi Horus – səma tanrısı

Qədim mifə görə, günəş tanrısı Ra bir kahindən eşidir ki, Nutun dünyaya gətirəcəyi uşaqlardan biri onu taxtdan salacaq. Bunu eşidən Ra, Nutun il ərzində hər hansı bir gündə uşaq dünyaya gətirməsinə qadağa qoyur.

Bu vəziyyətdə müdriklik tanrısı Tot Nutun köməyinə gəlir. Tot, ay tanrısı Xonsu ilə birgə ağıllı oyun oynayır və işıq qazanır. Bu işıqla Tot ilin xaricində beş gün əlavə edir. Misir təqvimi 360 gündən ibarət idi, bu beş gün əlavə gün kimi sayılırdı. Nut bu beş gündə ardıcıl olaraq Osiris, Horus, Set, İsida, Neftidanı dünyaya gətirir.

Kateqoriya:Misir tanrıları Kateqoriya:Mifologiyada tanrılar

İstinadlar Kateqoriya:Yaradılış mifləri Kateqoriya:İlahə ana Kateqoriya:Misir ilahələri Kateqoriya:Gecə ilahələri Kateqoriya:Səma və hava ilahələri Kateqoriya:Ulduz ilahələri Kateqoriya:Cənnət Məlaikəsi Kateqoriya:Ölüb-dirilən ilahələr