Aleksis Rouz Elford (d. 10 aprel, 1998) — "Limitless (sərhədsiz, məhdudiyyətsiz) Leksi" kimi tanınan Elford, 22 yaşına çatmamış 195 ölkəyə səyahət etməsi ilə tanınan amerikalı macəra səyahətçisi və YouTuber-dir. O, 21 yaş 177 günlük ikən iki dəfə Ginnesin rekordlar kitabına düşdü: "Bütün suveren ölkələrə səyahət etmiş ən gənc insan" və "Bütün suveren ölkələrə səyahət etmiş ən gənc qadın".
Həyatının ilk illəri Elford Kaliforniyanın Nevada şəhərində səyahət edən bir ailədə doğulub və böyüyüb. O, iki yaşında dünyanı kəşf etmək istədiyinə qərar verdi. Valideynləri səyahət agentləri idi və onlardan rezervasiya etmə və marşrut planlaşdırma bacarıqlarını öyrəndi. Orta məktəbi bitirdikdən sonra 18 yaşında icma kollecində öncül dərəcə aldı. Onun səyahətə olan sevgisi Disneyin "Atlantida: İtmiş İmperiya" filmindəki "mol xalqı"ndan ilhamlanmışdı.
Fəaliyyəti Elford ilk il yarım ərzində səyahətlərini əsasən öz vəsaiti ilə maliyyələşdirdi. Daha sonra ailəsinin səyahət agentliyində səyahət məsləhətçisi kimi işləyib brend əməkdaşlıqlarında iştirak edərək, səyahətləri ilə bağlı marketinq kampaniyaları həyata keçirərək əlavə maddi vəsait əldə etdi. Səyahət edərkən o, bloq yazmaq, sərbəst fotoqrafiya ilə məşğul olmaq və çap məhsulları satmaqla gəlir əldə edir.
Elfordun sözlərinə görə, o, "ən yaxşı səyahət məkanlarını araşdırmaq və ekzotik yerlərə necə səyahət etməyi öyrənmək üçün həddindən artıq çox vaxt sərf edir". Səyahət edərkən özünü minimalist kimi təsvir edir və yalnız ehtiyac duyduğu ləvazimatları və videobloq avadanlığını daşıyan bir bel çantası ilə gəzərək hərəkət edir. “Mən sadəcə həyatımda edə biləcəyimi düşündüyüm şeylərin sərhədlərini aşmaq və bu prosesdə dünyanı mümkün qədər çox görmək istəyirdim.”
— Elford, 2019
YouTube Elford, dünya rekordunu qazanmazdan bir neçə il əvvəl Leksi Limitless (Sərhədsiz Leksi) adlı YouTube səyahət kanalını açdı.
Ginnesin rekordlar kitabı Elford, 21 yaş 177 günlük ikən "Bütün suveren ölkələrə səyahət etmiş ən gənc insan" və "Bütün suveren ölkələrə səyahət etmiş ən gənc qadın" kimi Ginnesin rekordlar kitabına düşdü.
26 mart 2024-cü ildə o, elektrikli nəqliyyat vasitəsi ilə dünyanı dövrə vuran ilk insan olaraq daha bir dünya rekorduna imza atdı. Tam elektriklə işləyən yeni Ford Explorer avtomobili ilə 30,000 kilometr (19,000 mil) məsafə qət etdi. Ford şirkəti ilə birlikdə həyata keçirdiyi Charge Around The Globe (Dünya ətrafında şarj et) təşəbbüsü çərçivəsində bu ekspedisiya 6 qitə və 27 ölkəni əhatə etdi.
İstinadlar
Kateqoriya:YouTuberlər