Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə abidə () — Varşavanın Praqa-Poludne bölgəsində yerləşən abidə. Szaszerov küçəsindəki Yozef Polinski parkında yerləşən abidə Vəli bəy Yadigarov və Matsey Sulkeviçin büstlərindən ibarətdir.

Tarixi Abidə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov tərəfindən təklif edilib və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib. Abidə Vəli bəy Yadigar və Matsey Sulkeviçin təsvir olunduğu iki büstdən ibarətdir. Vəli bəy İkinci Dünya Müharibəsi illərində Polşa Silahlı Qüvvələrinin zabiti, Matsey Sulkeviç isə 1918-1920-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub.

7 sentyabr 2017-ci ildə abidənin açılışı edilib. Mərasimdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Polşanın Milli Müdafiə Nazirliyinin dövlət katibi Mixal Dvorçik və Praqa-Poludnenin meri Tomaş Kuçarski iştirak edib.

İstinadlar

Kateqoriya:Azərbaycan–Polşa münasibətləri Kateqoriya:2017-ci ildə Polşada yarananlar Kateqoriya:2017-ci ildə tamamlanmış binalar və tikililər