Əbu Süleyman Musa ibn Süleyman əl-Cürcani ( ) — Hənəfi fəqihi.
Həyatı Cürcanda anadan olmuşdur. Əbu Süleyman əl-Cürcaninin əsl adı Musa ibn Süleymandır. Əbu Süleyman isə ləqəbidir.
Müəllimləri O, ilk təhsilini Cürcanda almış, daha sonra Bağdada gələrək Məhəmməd Şeybani, Əbu Yusif, Abdullah ibn əl-Mübarək, Ərər ibn Cəmi və daha bir çox alimdən təhsil almış, hədis rəvayət etmişdir. Hənəfi fiqhini, müctəhidlərin fərqli ictihadlarını əzbərləmişdir. Onlar haqqında kitablar yazaraq və tələbələrinə izah edərək, daha sonrakı nəsillərə ötürmüşdür.
Tələbələri Ondan Abdullah ibn Həsən əl-Haşimi, Əhməd ibn Məhəmməd əl-Birti, Bəşir ibn Musa əl-Əsədi, Əbu Bəkr Əhməd ibn İshaq əl-Cürcani və daha bir çox alim təhsil almış və ondan hədis rəvayət etmişdir.
Xəlifənin qazılıq təklifini rədd etməsi İnsanlara səhv hökm çıxmaqdan qorxan Əbu Süleyman əl-Cürcani, xəlifə Məmunun təklifini rədd etmişdir. Bu hadisəni İbrahim ibn Səid belə nəql edir:
Ölümü Əbu Süleyman əl-Cürcani 816-cı ildə Bağdadda vəfat etmişdir.
Əsərləri Əbu Süleyman əl-Cürcaninin ən tanınmış əsərləri bunlardır: Siyəri-Səğir. Səlat. Rəhn. Nəvadirül-Fətəva.
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Ravilər Kateqoriya:Hənəfilər