Bistam-i Cagir vəya Əmir Bistam (Farsca : بیسدام چاکیرلو) (1396–1408) Ərdəbil hakimi, (1408–1416) Sultaniyyə hakimi. Qara Yusif'in Əmir-əl Ümərası və baş komandiri olmuşdur.Faruk Sümer, Kara Koyunlular, s. 74. Qara Yusif'in 1416-cı ilə kimi Sultaniyyə hakimliyini etdikdən sonra Teymuri hökmdarı Şahruxun tərəfinə keçmiş,Hâfız-i Ebrû, Zübdetü’t-Tevârih, I, 485 Ancaq Şahruxun Qum şəhəri hakimi onu Qara Yusifə təhvil vermişdir.Abdürrezzâk Semerkandî, Matla-ı Sa’deyn, II/I, 216Faruk Sümer, Kara Koyunlular, I, 95İsmail Aka, Mirza Şahruh ve Zamanı, 105H. Alan, Bozkırdan Cennet Bahçesine Timurlular, 99E. Macit, Timurlular Zamanında Azerbaycan, 182
Həyatı Bistam, Ərdəbildə məskunlaşan "Cakîrlu" boyuna mənsubdur.Nəcəfli Tofiq, Agqoyunlu və Qaraqoyunlu dövlətləri, s.36 Bu tayfanın, adını Cəlairilər dövründə Ərdəbil hakimindən aldığı düşünülür.Faruk Sümer, Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolu. Güven matbaası, Ankara, 1992, s.28 Əmir Cagirdən sonra, Ərdəbil hakimliyinə Əmir Bistam gəlmişdir. Qardaşları Mənsur və Ma’sum, Cəlairilərin zəifləməsindən sonra bölgədə önəmli siyasi güc halına gəlmişdi. Əmir Teymurun ölümündən sonra, Bistam və Şirvanşah İbrahim Təbriz şəhərinə yürüyərək şəhəri ələ keçirmişdir.
İstinadlar
Kateqoriya:Qaraqoyunlu dövlətinin məmurları