Ronald Edmund Hatton (; ) — rus əsilli ingilis tarixçi, erkən müasir Britaniya tarixi, Britaniya folkloru, Xristianlıqdan əvvəlki din və müasir paqanizm üzrə mütəxəssis. İngilis İrsi () qurumunun komissarı.
2011-ci ildən, Uels Alim Cəmiyyətinin (; ), 2013-cü ildən isə Britaniya Akademiyasının həqiqi üzvüdür. 2022-ci ildə Qreşem Kollecində ilahilik professoru vəzifəsinə təyin olunub.
Həyatı
Ronald Hatton 1953-cü ilin dekabrın 19-da Hindistanın Utakamund şəhərində anadan olub. Onun rus mənşəyi var.Hutton, Ronald (Dec 1998). "Roots and rituals". History Today 48 (12): 62–63. . İngiltərəyə köçəndə, Hatton İlford qraflığının məktəbinə qəbul olunub. O vaxtdan bəri o, arxeologiya ilə marağlanırdı. 1965-1976 illərin arasında Hatton İngiltərədə, Uelsdə və Maltada qazıntılarda iştirak edirdi.
Kembricin Pembrouk Kollecində oxuyandan sonra, Hatton təhsilini Oksford Universitetində davam etmişdi və orda 1980-ci ildə doktorluq dərəcəsi almışdır. 1981-ci ildə o, Bristol Universitetinə köçüb və orda tarix lektoru kimi işləməyə başlamışdı. Hatton orda, 1981-1990 illərin arasında erkən müasir Britaniya haqqında üç kitab yazmışdı. 1988-ci ilin avqustunda Ronald Hatton Liza Radiloviç ilə evlənmişdi. 2003-cü ilin martında isə onlar boşanıb.
Bundan sonra Oxford University Press onun yazdığı Britaniya folkloru haqqında iki kitab buraxıb (1994-cü və 1996-cı illərdə). Həmin kitablarında Hatton bəzi ümumən qəbul edilən fikirləri tənqid etmişdi. Məsələn, "Şən İngiltərə" () mifini. 90-cı illərdə o, paqanizmi araşdırırdı və 1999-cu ildə onun bu mövzu ilə bağlı kitabı üzə çıxmışdı. 2001-ci ildə isə o, şamanizm haqqında kitabı buraxmışdı.
2000-ci illərdə Hatton həmçinin Vikka, və Druidləri araşdırırdı. Onun bu mövzularla bağlı nəşrləri və leksiyaları var.
Hatton öz dini inanclarını şəxsi məsələ hesab edir. O, paqan olaraq böyüyüb və cavanlığından Vikkaçılar ilə tanış idi.Ronald Hutton, Witches, Druids and King Arthur, p. 269. O, Britaniyanın paqan icması arasında "yaxşı tanınmış və çox sevilən" şəxsdir.
Mükafatları
(2024) Britaniya İmperiyası Ordeninin Komandoru.
Filmoqrafiya
(2012) Britaniyanın Vikka adamı (). (2013) Çox Britaniyalı tilsimçilik (). (2013) Professor Hattonun marağları ().
İstinadlar
Kateqoriya:Britaniya dinşünasları Kateqoriya:İngiltərə tarixçiləri Kateqoriya:"Britaniya imperiyası" ordeni komandorları