Axav (mayya: Ajaw, kakçikel: Jun Ajpub) və ya Axau — qədim mayyalarda ali titul. Axav eyni zamanda tsolkin təqvimində 20-ci günün tamamlandığı katunun adıdır. thumb|"Axav" heroqlifi
Yazılışı Bu söz həm Pre-Kolumb, həm də müasir mayya ləhçələrinin bir çoxunda mövcuddur. "Axav", 1994-cü ildə Qvatemala Mayya Dillər Akademiyası tərəfindən təklif edilmişdir. Hal-hazırda isə mayyaşünaslar tərəfindən qəbul olunmuş və mayya orfoqrafiyasına uyğun olaraq standartlaşdırılmışdır. Bu söz standartlaşdırmadan əvvəl, ispan transkripsiyasında (XVI əsrin Yukatan mayya yazısına uyğun olaraq) daha çox "Axau" şəklində yazılırdı. thumb|Tsolkin təqvimində 20-ci günün loqoqramı
Tarixi Bu sözün ən qədim istifadəsinə e.ə. 300–350-ci illərdə, Qvatemaladakı Xolmulun hökümdar sərdabələrində rast gəlinmişdir.
Mənası Bu tituldan əsilzadələr və onların təmsilçiləri istifadə edirdilər. Şəxsin kimliyindən asılı olaraq bu titul "lider", "hökümdar", "ağa", "kral" və ya "kraliça" mənalarına gəlirdi. Axav titulundan həmçinin mayya rahibləri də istifədə edirdilər. Axav titulundan başqa Kuhul axav () titulu da istifadə edilirdi. Bu tituldan böyük ərazilərə və nüfuza malik hökmdarlar istifadə edirdilər. Bu titul qadın hökmdarlara veriləndə ifadənin əvvəlinə "İş" sözü () əlavə edilirdi.
İstinadlar
Kateqoriya:Zadəgan titulları Kateqoriya:Mayya