Sədiqə Dövlətabadi (; ) — iranlı feminist, jurnalist və fars qadın hərəkatının öncül simalarından biri. Dövlətabadi fəaliyyətinə görə həbs edildiyi zamanlardan birində belə cavab vermişdi:

Cənab, mən yüz il gec doğulmuşam, əgər daha əvvəl doğulsaydım, qadınların bu qədər alçaldılmasına və sizin zəncirlərinizdə əsir qalmasına imkan verməzdim.

Həyatı Sədiqə Dövlətabadi İsfahanda anadan olmuşdur. Atası Hadi Dövlətabadi, anası Xatamə Bəgüm idi. Atası islahatçı dini hüquqşünas olduğuna görə qızının Tehran şəhərində fars və ərəb dillərində təhsil almasına icazə vermişdi. Daha sonra o, Dar-ol-Fonun Akademiyasında orta təhsilini davam etdirdi. 15 yaşında Etizad əl-Həkimə ilə evlənmiş, lakin övlad sahibi ola bilmədiyi üçün boşanmışdırlar.

Fəaliyyəti Dövlətabadi qadınların inkişafı üçün yeganə yolun təhsil olduğunu düşünürdü. Buna görə də ilk qız məktəblərindən birini — "Umm əl-Mədaris" (Məktəblərin anası) adlı ibtidai məktəbi təsis etdi. Lakin dini mühafizəkarların etirazları səbəbindən məktəb bağlandı və o, döyülərək üç ay həbs edildi. O, qadınların öz hüquqları barədə maariflənməsi üçün qəzet və məqalələrə ehtiyac olduğunu anlayaraq 1919-cu ildə İsfahanda ilk qadın qəzetini — "Zaban-e Zanan" (Qadınların Səsi) nəşr etməyə başladı. İranda çıxan üçüncü qadın qəzeti idi və qadın haqları ilə bağlı cəsarətli və mütərəqqi mövqeyi ilə seçilirdi. Qəzetdə yayımlanan ilk məqaləsində o, şəhərdə qadın hüquqlarının "geridə qalmış və zəif durumda" olduğunu bildirirdi. Bu dövrdə o, İsfahan Qadınlar Cəmiyyətini də təsis etdi.

Siyasi mövqeyi və hicab məsələsi 1932-ci ildə Tehranda keçirilən Şərq Qadınları Konqresində Şəms Pəhləvi prezident, Dövlətabadi isə katib seçildi. O, İranda Britaniya təsirinə qarşı çıxan fəallardan biri idi. Digər qadınlarla birlikdə Britaniya ilə imzalanan razılaşmalara etiraz əlaməti olaraq xarici malların boykot edilməsinə çağırış edirdi. Hətta çayxanalara gedərək onları xaricdən gətirilən şəkərdən istifadə etməməyə çağırırdı. 1925-ci ildən İranda ziyalılar, qəzetlər və qadın jurnalları arasında qadınların cəmiyyətdə iştirakını artırmaq üçün hicabın açılması mövzusu müzakirə olunurdu. 1936-cı ildə hökumət Kaşf-e Hicab islahatı çərçivəsində hicabı qadağan edəndə Dövlətabadi bu dəyişikliyi fəal şəkildə dəstəklədi. 1926-cı ildə Parisdə keçirilən Beynəlxalq Qadınlar Alyansı Konfransında iştirak etdikdən sonra o, hicabdan imtina edərək Avropa üslubunda geyinməyə başladı. 1928-ci ildə İranda açıq şəkildə hicabsız görünən ilk qadınlardan biri hesab edilir. O, həmçinin şahın qızı Şəms Pəhləvinin rəhbərlik etdiyi Kanon-e Banuvan (Xanımlar Cəmiyyəti) təşkilatında fəaliyyət göstərərək qadınların hicabsız həyata hazırlanmasına kömək edirdi.

İrsi 1941-ci ilə qədər Dövlətabadi Qadınlar Mərkəzinin direktoru olmuş, lakin təşkilat hökumətdən asılı idi və müstəqil fəaliyyət göstərə bilmirdi. O, Tehranda vəfat etdi. Xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, qardaşının yanında İmamzadə İsmayıl Qəbiristanlığında dəfn edilsə də, 1978-ci il inqilabı zamanı məzarı dağıdıldı və cəsədi təhqir olundu. Dövlətabadinin bəzi arxiv materialları Amsterdamda yerləşən Dünya Sosial Araşdırmalar Fondunda saxlanılır. 2016-cı ilin fevralında qadın hərəkatının tarixi ilə bağlı bir sərgidə onun sənədlərinin bir hissəsi nümayiş etdirilib.

İstinadlar

Ədəbiyyat Sediqeh Dowlatabadi: Letters, writings and memories, ed. by Afsaneh Najmabadi & Mahdokht Sanati, 3 vols. (Midland, Chicago 1998). [in Persian] Jasmin Khosravie, Zabān-i Zanān – The Voice of Women. Life and Work of Ṣadīqa Daulatābādī (1882–1961) (EB-Publishers, Berlin 2012). [in German] Mohammad Hossein Khosroupanah, The aims and the fight of Iranian women from the Constitutional Revolution until the Pahlavi dynasty (Payam-e Emruz, Tehran 2002). [in Persian] Afsaneh Najmabadi, Women with mustaches and men without beards: Gender and sexual anxieties of Iranian modernity (Univ. of California Press, Berkeley 2005). Eliz Sanasarian, The women’s movement in Iran: Mutinity, appeasement, and repression from 1900 to Khomeini (Praeger, New York 1982).

Xarici keçidlər Sediqeh Dowlatabadi

Kateqoriya:Feministlər Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri Kateqoriya:İran şəxsləri