Fingə — Azərbaycan Respublikasının Laçın rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Təzəkənd kənd Sovetindən Fingə kəndi Qozlu kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Toponimikası XIX əsrdə Fingə dağ və qışlaq adları kimi qeydə alınmışdır. Kənd eyniadlı dağın ətəyində olduğu üçün belə adlandırılmışdır.

Tarixi

Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 570 nəfər olmuşdur.

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Laçın rayonunun kəndləri