Elizabet Barringer Fentress İtaliya və Şimali Afrika üzrə ixtisaslaşmış Roma arxeoloqudur. O, Qərbi Aralıq dənizi bölgəsindəki bir çox arxeoloji qazıntılarda iştirak edib və onların nəticələrini nəşr etdirib. Eyni zamanda, İtaliya, Bolqarıstan və digər yerlərdə aparılan qazıntılar üzrə Fasti Online (www.fastionline.org) adlı onlayn bazanın yaradıcısı və elmi direktorudur. Həmçinin, Fasti Online Documents & Research (FOLD&R) jurnalının redaktorudur. 2021-ci ildə ona Amerika Arxeologiya İnstitutunun 2022-ci il Qızıl Medalı təqdim edilib.
Bioqrafiyası Fentress bakalavr təhsilini Pensilvaniya Universitetində (1969, Latın dili), magistr təhsilini London Universitet Kollecində (1974, Etrusk və Roma Arxeologiyası) və fəlsəfə doktorluğu təhsilini Oksford Universitetindəki St Huqs Kollecində (1979, Roma Arxeologiyası – "Roma Ordusunun Cənubi Numidiyaya İqtisadi Təsiri") alıb.
O, London Universitet Kollecində qonaq professor (2007–2012, 2018–2023), Oksford Universitetinin Ol Souls Kollecində qonaq tədqiqatçı (2010) və Roma Amerika Akademiyasında Mellon professoru (1996–1999) olub.
Fentress, Beynəlxalq Klassik Arxeologiya Assosiasiyasının keçmiş prezidenti, Alman Arxeologiya İnstitutunun müxbir üzvü və 2006-cı ildən Antikvarlar Cəmiyyətinin üzvüdür.
2003-cü ildə Aralıq dənizi arxeoloji qazıntıları üzrə beynəlxalq məlumat bazası – Fasti Online platformasını yaradıb. 2013-cü ildə o, Amerika Arxeologiya İnstitutunun "Rəqəmsal Arxeologiyada Görkəmli Nailiyyət" mükafatının ilk qalibi olub. 2018-2023-cü illərdə London Universitet Kollecində fəxri qonaq professor kimi çalışıb. 2022-ci ilin yanvarında San-Fransisko konfransında ona Amerika Arxeologiya İnstitutunun qızıl medalı təqdim edilib. O, həmçinin Şimali Afrika Arxeologiyasına dair Açıq Giriş Arxiv Platforması layihəsinin yaradıcısıdır.
Onun həyat yoldaşı Ceyms Fentress antropoloq və tarixçidir.
Elmi Fəaliyyəti Fentress, arxeologiyanın uzunmüddətli tarixi tədqiqatlarda tətbiqinə diqqət yetirir. O, İtaliya və Şimali Afrikada Roma dövrünün sosial və iqtisadi mənzərələri üzərində çalışıb. Xüsusilə, Roma və qeyri-Roma xalqları arasındakı qarşılıqlı əlaqələri öyrənib. Tədqiqatlarında qul bazarları, sərhəd bölgələri, şəhər mərkəzləri və imperiya villaları üzərində dayanıb. Onun araşdırdığı mühüm yerlərə aşağıdakılar daxildir:
Kosa (İtaliya) Meninks, Utika, Setif və Volyubilis (Şimali Afrika) Villa Maqna (İtaliya)
O, stratigrafik qazıntı metodlarını və intensiv arxeoloji tədqiqat texnikalarını tətbiq edən aparıcı alimlərdəndir. O, aşağıdakı qazıntı və araşdırma layihələrinə rəhbərlik edib və ya həmmüəllif olub:
Albeqna Vadisi Tədqiqatı, İtaliya ( 1979–84) Sétif, Əlcəzair (A. Mohamedi ilə, 1979–85) Kosa, İtaliya (1990–97) Serba, Tunis – ada üzrə sahə araşdırması (1996–2001) Volubilis, Mərakeş (G. Palumbo və H. Limane ilə, 2000–05) (2018-dən etibarən)Fentress, E., Limane, H., & Palumbo, G. (2001). The Volubilis project, Morocco: excavation, conservation and management planning. Archaeology International, 5, 36–39. http://doi.org/http://dx.doi.org/10.5334/ai.0511 San-Sebastiano (Alatri, İtaliya) Villa Maqna, İtaliya (2006–10) Utika, Tunis (2010–17)Hay, S., Fentress, E., Kallala, N., Quinn, J., and Wilson, A. 2010. Utica. In Papers of the British School at Rome 78 : 325-29
sərləri
Numidia and the Roman Army (1979) Fouilles de Setif 1977-1983 (1991) The Berbers (1996) Romanization and the City, Creation, Transformations and Failures (2000) Paesaggi d'Etruria tra l'Albegna et la Fiora (2002) Cosa V: An intermittent town (2003) Walls and Memory: the Abbey of San Sebastiano at Alatri (2005) An Island through time: Jerba Studies volume I (2009) The Spaces of European Monasticism (2011) La Céramique Islamique Maghrébine du haut Moyen Age (2011) Villa Magna : an imperial estate and its legacies : excavations 2006-10 (2016) Volubilis après Rome. Les fouilles UCL/INSAP. 2000-2005 (2019)
İstinadlar Kateqoriya:XXI əsr ABŞ qadınları Kateqoriya:ABŞ arxeoloqları