Kuban kazakları (, Rom: kubanskiye kazaki; , Rom: kubans'ki kozaky) və ya Kubanlar (, Rom: kubantsy; , Rom: kubantsi) — Rusiyanın Kuban regionunda yaşayan kazaklara verilən addır. Kuban kazaklarının əksəriyyəti XVIII əsrin axırlarında Şimali Qafqazın qərb hissəsində məskunlaşmış müxtəlif böyük kazak icmalarının nəsilləridir (ilkin mühacirlərin təxmini sayı 230.000-650.000 arasında idi). 1649-cu ildən başlayaraq Kazak hetmanlığı sərhədləri daxilində, 1792-ci ildən isə Qara dəniz kazakları Ukraynanın Zaporojye kazakları ilə eyni regionda yaşamağa başlamışdırlar.
Əvvəllər Qafqaz xətti, Xopyur və Kuban alayları 1777-ci ildən köçürülmüş Don kazakları tərəfindən idarə olunurdu.
Kuban kazak xətti () termini 1860-cı ildə yaradılmış və 1918-ci ilə qədər mövcudluğunu davam etdirmiş Kuban kazaklarından yaradılmış inzibati və hərbi hissələrə verilən addır. Kuban kazakları Rusiyada vətəndaş müharibəsi zamanı Kuban Xalq Respublikası adlı dövlət yaratmış və münaqişənin cənub cəbhəsində mühüm rol oynamışdırlar. Kuban kazakları 1917-1933-cü illər arasında kazakları ayrıca etnik, siyasi və iqtisadi bir varlıq kimi məhv etmək məqsədi daşıyan sovetlərin dekosalizasiya siyasəti zamanı çox böyük əziyyətlər çəkmişdirlər.Nicolas Werth, Karel Bartošek, Jean-Louis Panné, Jean-Louis Margolin, Andrzej Paczkowski, Stéphane Courtois. The Black Book of Communism: Crimes, Terror, Repression. Harvard University Press, 1999. s. 98 Dekosalizasiya müntəzəm olaraq kazakların soyqırımı kimi qələmə verilir.Orlando Figes. A People's Tragedy: The Russian Revolution: 1891–1924. Penguin Books, 1998. Donald Rayfield. Stalin and His Hangmen: The Tyrant and Those Who Killed for Him Random House, 2004. Mikhail Heller & Alexander Nekrich. Utopia in Power: The History of the Soviet Union from 1917 to the Present.Soviet order to exterminate Cossacks is unearthed University of York Communications Office, 21 yanvar 2003
Buna görə də İkinci Dünya müharibəsi zamanı kazaklar Hitler Almaniyasının ordusu olan Vermaxt ilə bərabər Qızıl Orduya qarşı vuruşmuşdurlar. Müasir Kuban kazakları xətti 1990-cı ilin payızında, hələ Sovet İttifaqı mövcud olarkən yenidən yaradılmışdır.
İstinadlar
Xarici keçidlər
Official website Official section about Cossackdom at the Krasnodar Kray administration's site Qeyri-rəsmi vebsayt Images from Krasnodar Kray, Russia.
Kateqoriya:Kuban Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Kuban vilayəti Kateqoriya:Ukraynada yaşayan etnik qruplar Kateqoriya:Kuban kazakları Kateqoriya:Qafqazda yaşayan etnik qruplar