link=https://en.wikipedia.org/wiki/File:Archdig.jpg|thumb|Ontario Tələbə klassikləri konfransında arxeoloji qazıntı. Arxeologiyada qadınların rolu arxeologiya tarixinin bir aspekti olmaqla yanaşı, ümumilikdə elm sahəsində qadınların mövqeyi ilə bağlı mövzudur. XIX əsrdə qadınlar arxeologiyaya maraq göstərməkdən çəkindirilsə də, XX əsr boyunca onların bu sahəyə qatılımı və peşəkarlıq səviyyəsində tanınması artmışdır. Buna baxmayaraq, arxeologiyada çalışan qadınlar hələ də cinsi ayrı-seçkiliklə üzləşir və bir çoxu iş yerində təzyiq və ya zorakılığa məruz qalır.

Tarix link=https://en.wikipedia.org/wiki/File:Margaret_Murray_1928c.jpg|right|thumb|Marqaret Myurrey (1863–1963) Birləşmiş Krallıqda arxeologiya üzrə müəllim təyin edilən ilk qadın idi. Arxeologiya XIX əsrdə bir akademik fənn kimi formalaşmış və əsasən antik əşyalarla maraqlanan insanların fəaliyyəti əsasında inkişaf etmişdir. Viktoriya dövründən əvvəl Kanada, Böyük Britaniya və ABŞ-da qadınlar peşəkar arxeologiya sahəsində çox nadir hallarda iştirak edirdilər. O zaman arxeologiya akademik bir sahədən daha çox, varlı şəxslərin maraq dairəsi idi və qazıntı işləri üçün işçilər muzdla işlədilirdi. Cəmiyyət və kişilər qadınların bu sahəyə daxil olmasını əngəlləyirdi, çünki arxeologiya o dövrdə qadınların ənənəvi olaraq qəbul edilən evdar qadın və qayğıkeş ana rollarına uyğun gəlmirdi. Qadınlar arxeologiya sahəsində fəaliyyət göstərməyə başlasalar da, kişi həmkarlarının onları sahə tədqiqatlarında qəbul etmək istəməməsi səbəbindən, bir çoxu muzeylərdə və ya mədəni irsin qorunması ilə bağlı təşkilatlarda çalışmağa üstünlük verirdi. Avropada qadınlar çox vaxt həyat yoldaşları ilə birlikdə tədqiqat aparır və ya müstəmləkə ərazilərinə və ya missioner missiyalarına göndərilən həyat yoldaşlarının yanında mədəniyyətləri öyrənirdilər. 1850-ci illərdən başlayaraq bəzi ali təhsil müəssisələri qadınlara ayrıca kurslar təklif etməyə başladı və 1870-ci illərdə bir neçə Avropa ölkəsi universitet proqramlarını qadınlara açdı. Qadınlar arxeologiyanı akademik səviyyədə öyrənə bilsələr də, onlar kişilərlə bərabər qəbul olunmur və nüfuzlu elmi cəmiyyətlərə üzv ola bilmirdilər. İsveç arxeoloqu Hanna Ryud və fransız arxeoloqu Madlen Kolani istisna hallardan idi. Ancaq Edit Holl, Harriet Boyd Houz, Ejeni Sellers Stronq və Blanş Uiller Uilyams kimi qadınlar qazıntı layihələrində iştirak etmək üçün böyük çətinliklərlə mübarizə aparmalı olmuşdular. Qadınlar akademik sahədə qəbul olunmaqda çətinlik çəkdiyindən, bir çoxu muzeylərdə və ya yazı və araşdırma sahəsində fəaliyyət göstərirdi. Məsələn: Yohanna Mestorf (Almaniya)– muzey kuratoru və akademik Ameliya Edvards (Böyük Britaniya) – Misirşünas və yazıçı Gertruda Bell (Böyük Britaniya) – İranşünas və tədqiqatçı Janna Delafua (Fransa) – səyahət edərək qazıntılar haqqında yazılar yazan tədqiqatçı Tessa Uiler – ərinə qazıntı hesabatlarını hazırlamaqda və maliyyə vəsaiti toplamaqda kömək etmişdir.

XX əsrin əvvəllərində bəzi qadınlar universitetlərdə akademik vəzifələrə sahib olmağa başladılar. Ejeni Sellers Stronq – Amerika Arxeologiya İnstitutunda və Britaniya Roma Məktəbində dərs demişdir. Marqaret Myurrey – London Universitet Kollecində müəllimlik etmişdir. I Dünya Müharibəsi dövründə qadın arxeoloqların əksəriyyəti muzeylərdə işləyirdi. Qadın muzey kuratorları və direktorları arasında aşağıdakı alimlər fərqlənirdi: Mariya Mogensen (Danimarka) Semni Karuzou (Yunanıstan) Konsepsion Blanko Minges (Ispaniya) Ursitsina Martines Qalyeqo (İspaniya)/ Qadın arxeoloqlar yaşadıqları bölgələrdə və ya doğma mədəniyyətləri ilə bağlı tədqiqatlara fokuslanırdılar. Məsələn: Mariya Gimbutas – Şərqi Avropa arxeologiyasını araşdırmışdır. Lanye Simmons – Mayya mədəniyyətini öyrənmək istəsə də, ailə məsuliyyətləri səbəbindən daha yaxın bölgələrdə tədqiqat aparmışdır. Harriet Boyd – məişət əşyaları və mətbəx alətləri üzərində tədqiqat aparmışdır. Tekstil və geyim üzrə ixtisaslaşan qadınlar arasında aşağıdakı alimlər qeyd edilə bilər: Anna Apostolaki (Yunanıstan), Marqrete Hald (Danimarka), Aqnes Qeyer (İsveç) Elizabet Munksqor (Danimarka) – geyimlər üzrə tədqiqat aparmışdır. Şarlotta Blindheym (Norveç) – Vikinqlərin geyim və zərgərlik əşyalarını araşdırmışdır. Qadın arxeoloqlar həmçinin keramika və incəsənət üzərində araşdırmalar aparırdılar.

1970-ci illərə qədər hətta Gertruda Keyton-Tompson, Hilda Petri və Elizabet Rifştal kimi tanınmış qadın Misirşünaslar belə, arxeologiya sahəsində aparıcı ekspertlər siyahılarından kənarda saxlanılırdı. Qadınların adı çəkildikdə isə onların rolu əhəmiyyətsiz hesab edilirdi. ABŞ-də Yeni Saziş dövründə İctimai İşlər təşkilatı Alabama, Corciya və Şimali Karolina ərazilərində qazıntı işləri üçün maliyyə ayırmış və bu layihələrdə rəngli qadınlar və aşağı təbəqədən olan qadınların iştirakına imkan yaratmışdır. Lakin ağdərili qadınlar daha çox həvəskar təşkilatlara qoşulmağa üstünlük vermişlər.

Arxeoloji konservasiya link=https://en.wikipedia.org/wiki/File:Ione_Gedye.jpg|right|thumb|İona Gedye (1907–1990) London Universitet Kollecinin Arxeologiya İnstitutunda konservasiya şöbəsini yaratdı. 1880-ci illərdən etibarən Qərb muzeylərində arxeoloji obyektlərin rəsmi konservasiyası əsasən kişi alimlər və texniklər tərəfindən həyata keçirilirdi. Lakin sahə tədqiqatlarında və təhsil mühitində arxeoloji tapıntıların qorunması əsasən qadınlar – kişi arxeoloqların həyat yoldaşları və qohumları tərəfindən aparılırdı. Qadın arxeoloqlar kimi, qadın konservatorların bu sahəyə verdiyi töhfələr də rəsmi nəşrlərdə və arxeoloji işlərin qeydlərində tez-tez qeyd olunmurdu. İlk qadın konservatorların ixtisaslaşmış bilikləri və təcrübələri 1937–1959-cu illərdə Recents Parkdakı Sent Cons Locda yerləşən Arxeologiya İnstitutunda tətbiq edilmiş və təkmilləşdirilmişdir. 1959-cu ildə Arxeologiya İnstitutu Qordon Skveəyə köçdükdə, İona Gedye burada konservasiya üzrə tədris proqramı yaratmış və 1937–1975-ci illər arasında dərs deməyə davam etmişdir. Sent Cons Locda konservasiya edilmiş obyektlər Arxeologiya İnstitutunun kolleksiyalarının əsasını təşkil etmişdir və bunlara Petri Fələstin kolleksiyası da daxildir. Bu kolleksiyalar Arxeologiya İnstitutunun beynəlxalq səviyyədə mühüm bir tədqiqat mərkəzi kimi tanınmasında mühüm rol oynamışdır.

Məşhur qadın arxeoloqlar Linda Breydvud (1909–2003), ABŞ, Yaxın Şərq arxeologiyası Gertruda Katon-Tompson (1888–1985), Böyük Britaniya, Misirşünaslıq Qreys Kroufut (1879–1957), Böyük Britaniya, arxeoloji tekstil araşdırmaları Niyede Qvidon (1933-cü il təvəllüdlü), Braziliya, Cənubi Amerikanın tarixdən əvvəlki arxeologiyası Frederika de Laquna (1906–2004), ABŞ, Alyaska yerli mədəniyyətləri Kerolayn Dormon (1888–1971), ABŞ, Luiziana yerli xalqları Edi Holl Dohan (1877–1943), ABŞ, Etrusk və Aralıq dənizi sivilizasiyaları Sesili Marqaret Qvido (1912–1994), Böyük Britaniya, tarixdən əvvəlki yaşayış yerləri Harriet Boyd Houz (1871–1945), ABŞ, Minoy və Aralıq dənizi mədəniyyətləri Doroti Kross Yensen (1906–1972), ABŞ, İraq və Nyu-Cersinin yerli xalqları Semni Karuzu (1897–1994), Yunanıstan, klassik arxeologiya Meri Batler Lyuis (1903–1970), ABŞ, Hudzon Vadisi arxeologiyası Marqaret Myurrey (1863–1963), Hindistan/Böyük Britaniya, Misirşünaslıq Hilda Petri (1871–1957), İrlandiya, Misirşünaslıq Doroti Popeno (1899–1932), Böyük Britaniya, Honduras Mayyaları və Kolumb öncəsi dövr Tatyana Proskuryakova (1909–1985), Rusiya/ABŞ, Qvatemala və Meksika Mayyaları Elizabet Rifştal (1889–1986), ABŞ, Misirşünaslıq Doris Stoun (1909–1994), ABŞ, Kosta-Rika və Hondurasın tarixdən əvvəlki dövrü Merian E. Uayt (1921–1975), ABŞ, Eri xalqı, Neytral Millət, Venrohronon xalqı Sara York Stivenson (1847–1921), ABŞ, Misirşünaslıq və Yaxın Şərq Çjen Çjensyan (1929–2024), Çin, Şan sülaləsi arxeologiyası

Mariya Gimbutas (1921–1994), Litva/ABŞ, Qədim Avropanın Neolit və Tunc dövrü mədəniyyətləri, Kurgan hipotezi

Qalereya

Biblioqrafiya Agan, John (23 July 2013). "Germantown Utopian Colony". Know Louisiana. New Orleans, Louisiana: Louisiana Endowment for the Humanities at Turners' Hall. ArqueólogAs. "Arqueólogas Project — 'Retrieving Memory: Women's Pathways in the History of Spanish Archaeology (19th and 20th Centuries)'/ Recuperando la memoria: recorridos femeninos en la historia de la arqueología española (siglos XIX y XX)". Claassen, Cheryl (2000). "Homophobia and Women Archaeologists". World Archaeology. 32 (2): 173–179. doi:10.1080/00438240050131162. ISSN 0043–8243. JSTOR 827863. S2CID 16429216. Claassen, Cheryl (1994). Women in Archaeology. Philadelphia, Pennsylvania: University of Pennsylvania Press. ISBN 978-0-8122-1509-0. Clancy, Kathryn B. H.; Nelson, Robin G.; Rutherford, Julienne N.; Hinde, Katie (2014). "Survey of Academic Field Experiences (SAFE): Trainees Report Harassment and Assault". PLOS ONE. 9 (7): e102172. Bibcode:2014PLoSO…9j2172C. doi:10.1371/journal.pone.0102172. ISSN 1932–6203. PMC 4100871. PMID 25028932. Cohen, Getzel M.; Joukowsky, Martha Sharp (2006). Breaking Ground: Pioneering Women Archaeologists. Ann Arbor, Michigan: University of Michigan Press. ISBN 978-0-472-03174-0. Díaz-Andreu, Magrarita (2007). A World History of Nineteenth-Century Archaeology. Nationalism, Colonialism and the Past. Oxford: Oxford University Press. ISBN 978-0-19-921717-5. Díaz-Andreu, Margarita; Sørensen, Marie Louise Stig (1998). Excavating Women: A History of Women in European Archaeology. Abingdon-on-Thames, England: Routledge. ISBN 978-1-134-72776-6. Ferguson, Eileen B. (1997). "Dorothy Cross (1906–1972)". In Burstyn, Joan N. (ed.). Past and Promise: Lives of New Jersey Women. Syracuse, New York: Syracuse University Press for the Women's Project of New Jersey. ISBN 978-0-8156-0418-1. Hamilton, Sue (2014). "Under-Representation in Contemporary Archaeology". Papers from the Institute of Archaeology. 24 (1). doi:10.5334/pia.469. ISSN 2041–9015. Lee, Dayna Bowker (2009). "Caroline Dormon: Louisiana's Cultural Conservator". In Allured, Janet; Gentry, Judith F. (eds.). Louisiana Women: Their Lives and Times. Athens, Georgia: University of Georgia Press. pp. 253–269. ISBN 978-0-8203-2946-8. Mounier, R. Alan (2003). Looking Beneath the Surface: The Story of Archaeology in New Jersey. New Brunswick, New Jersey: Rutgers University Press. ISBN 978-0-8135-3146-5. Smith, Claire; Burke, Heather (2016). "Glass Ceilings, Glass Parasols and Australian Academic Archaeology". Australian Archaeology. 62: 13–25. doi:10.1080/03122417.2006.11681826. hdl:2328/14576. S2CID 142997744.

İstinadlar Kateqoriya:Arxeologiya Kateqoriya:Alimlər