Greenwood Press və ya ABC-CLIO/Greenwood — mərkəzi ofisi Amerika Birləşmiş Ştatlarının Santa-Barbara şəhərində yerləşən ABC-CLIO nəşriyyat şirkətinə tabe olan nəşriyyat şirkətidir. 1967-ci ildə yaradılmış şirkət istinad əsərləri, tədris nəşrləri və akademik nəşrlər sahələrində xidmət göstərir.
Tarixi 1967-ci ildə Harold Mason və Harold Şvarts tərəfindən Vestportda Greenwood Press adı altında təsis edilmişdir. Şirkət 1976-cı ildə Congressional Information Service adlı şirkətə satılır. Bu şirkət isə 1979-cu ildə Elsevier tərəfindən alındıqdan sonra Greenwood Press Elsevier şirkətinin bir hissəsinə çevrilir. 1985-ci ildə CBS- nin bir hissəsi olan Praeger Publishers; 1989-cu ildə isə Bergin&Garvey və Auburn House Greenwood Press-ə satılmışdırlar və beləliklə bu şirkətlərdə Greenwood Press şirkətinə birləşdirilmişdirlər. Sonrakı illərdə şirkətin adı Greenwood Publishing Group olaraq dəyişdirilmişdir. 1992-ci ildə Elsevier və Reed International şirkətlərinin birləşməsindən sonra Reed Elsevier şirkətinin bir hissəsi olmuşdur. Sonrakı zamanlarda Ablex və Oryx brendləri və Libraries Unlimited Greenwood Publishing Group şirkətinə birləşdirilir və beləliklə şirkətin elektron mediada da məhsulları görünməyə başlanır.
2001-ci ildə Reed Elsevier şirkətinin Harcourt şirkətini alması ilə Harcourt Reed Elsevier şirkətinin törəmə şirkətinə çevrilir. Greenwood Publishing Group isə Harcourt-un törəmə şirkətinə çevrilir. 2007-ci ilin dekabr ayında Harcourt-un Houghton Mifflin Company şirkətinə satılması ilə Greenwood Publishing Group-da bu şirkətin bir hissəsinə çevrilir. 2008-ci ilin oktyabr ayında isə Houghton Mifflin Greenwood Publishing Group və onun markaları hesab olunan Greenwood Press, Praeger Publishers, Praeger Security International və Libraries Unlimited-i ABC-CLIO-ya satmışdır. Bu satışdan sonra şirkətin adı ABC-CLIO/Greenwood olaraq dəyişdirilmiş və şirkətin baş ofisi ABC-CLIO-nun Santa Barbaradakı qərargahına köçürülmüşdür.
İstinadlar
Xarici keçidlər
FolkLib Index – Bio-bibliographies by Greenwood Press – all 205 known books published 1982–2005 Kateqoriya: ABŞ nəşriyyatları Kateqoriya:Kaliforniya nəşriyyatları Kateqoriya:Konnektikut şirkətləri