AF Elbasan () — Albaniyanın mərkəzi regionunda yerləşən Elbasan şəhərini təmsil edən futbol klubu. 2021-ci ildə qurulan klub, hal hazırda Albaniya Superliqasında iştirak edir.

Tarix 2021-ci ildə Elbasan şəhərinin ilk futbol klubu "KF Elbasani"nin sahibi olan iş adamı Arben Laze ilə fikir ayrılıqların yaranır. Maliyyə iflası səbəbiylə "KF Elbasani" Elbasan Vergilər Müdirliyi tərəfindən ələ keçirilir. Ancaq, azarkeşlərin təşəbbüsü və Elbasan Bələdiyyəsinin əməkdaşlığı ilə "AF Elbasani" yaradılır.

2021–2022 mövsümündə onlar Albaniya futbolunun dördüncü səvviyəli liqası olan "Kategoria e Tretë" liqasında yarışa başlayırlar. İlk mövsümlərində onlar birinci yeri tutaraq, daha yüksək liqa olan, "Kategoria e Dytë" liqasına yüksəldilər.

2022–2023 mövsümündə "AF Elbasani" klubu "Kategoria e Dytë" liqasının B qrupunda birinci olur və ilk dəfə "Kategoria e Parë" liqasına yüksəlir.

"Kategoria e Parë" liqasında ilk mövsümlərində onlar 1-ci yeri tutaraq çempion olurlar və Albaniya Superliqasına yüksəlirlər.

Heyəti

Məşqçiləri

Gentian Stoyku (2 avqust 2021 – 11 aprel 2023) Eriol Merca (12 aprel 2023 – 6 iyun 2023) Nevil Dede (7 iyun 2023– 1 iyul 2024) Roberto Bordin (8 iyul 2024– 5 dekabr 2024) İvan Qvozdenoviç (5 dekabr2024–)

Titulları Birinci Kateqoriya Çempionu (1): 2023–24 İkinci Kateqoriya İkincisi (1): 2022–23 Üçüncü Kateqoriya Çempionu (1): 2021–22

İstinadlar

Kateqoriya:Albaniya futbol klubları