Medeyna ( – "ağac" və ya medė – "meşə") — Litva mifologiyasının əsas ilahələrindən biri həmçinin latışların Meža māte (Meşə Anası) ilə bənzərlik göstərir. Medeyna, meşələrin, ağacların və heyvanların himayədarıdır. Onun müqəddəs heyvanı dovşandır.
Tarixi qeydlər Slavyan transkripsiyasında İoann Malalanın "Xronika"sı (1261-ci il) Jvoruna və daha üç tanrı haqqında məlumat verir. İpatev kodeksi (1252-ci il hadisələri) Litva kralı Mindeuqasın hələ də bütpərəst tanrılara ibadət etdiyini bildirir. Bu kodeksdə Medeyna və adı açıqlanmayan "dovşan ilahəsi" qeyd olunur. Lakin Medeyna həmin dovşan ilahəsinin adı idi, yoxsa o, başqa bir tanrı idi — bu dəqiq məlum deyil.
Rəsmi panteonda Medeyna, əsasən, döyüşçülərin maraqlarını təmsil edirdi. Daha sonra o, kəndlilərin maraqlarını qoruyan torpaq ilahəsi Jemina ilə əvəz olundu. XV əsrdə Yan Dluqoş onu Roma tanrıçası Diana ilə müqayisə etmişdir. Onun adı Yan Lasitski, Mikaloyus Daukşa və Bıxovets Salnaməsində də çəkilir.
Xarakteristikası Alqirdas Qreymasın tədqiqatına görə, Medeyna subay, gözəl və ehtiraslı ovçu ilahəsidir, lakin evlənmək istəyi olmamışdır. O, həm cavan qadın kimi həm də dişi canavar(vilkmergė) kimi təsvir olunur və canavar sürüsü onu müşayiət edir. Müəllifin fikrincə, Medeynanı həm ilahi, həm də demonik xüsusiyyətlərə malik tanrıça kimi xarakterizə etmək olar. Onun vəzifəsi ovçulara kömək etmək deyil, meşəni qorumaqdır.
Müqəddəs yerlər və kult Vikintas Vaytkeviçyus Medeyna kultu ilə əlaqəli beş “Dovşan Kilsəsi” (müqəddəs daşlar, təpələr, meşələr) və on “Canavar İzi” (canavar izlərinə bənzəyən daşlar) müəyyənləşdirmişdir. Bunlar Şərqi Litvada (keçmiş Litva Knyazlığı ərazisində) yerləşirdi.
Litvanın xristianlaşdırılmasından sonra Medeyna kultu zəifləmişdir.
Medeyna Yunan tanrıçası Artemida və Roma tanrıçası Diana ilə oxşar xüsusiyyətlərə malikdir və hətta bəzi hallarda ona Diana da deyilirdi.
İstinadlar
Kateqoriya:Heyvan ilahələr Kateqoriya:Ovçuluq ilahələri Kateqoriya:Litva mifologiyası