— İkinci Dünya müharibəsi zamanı Yaponiya İmperator Ordusunda general rütbəsində xidmət göstərmiş, müharibədən sonra hərbi cinayətlər törətdiyi üçün məhkəməyə cəlb edilmişdir. İmamura məhkəmənin çıxardığı hökmü kifayət qədər yüngül hesab edərək, bağında həbsxananın bənzərini inşa etdirmiş, ömrünün sonunadək özünü könüllü şəkildə orada məhbus saxlamışdır.

Həyatı Miyaqi prefekturasının Sendai şəhərində məhkəmə hakimi ailəsində dünyaya göz açan İmamura, 1907-ci ildə İmperator Ordu Akademiyasını müvəffəqiyyətlə bitirərək, həmin ilin 26 dekabrında piyada qoşunlarında leytenant rütbəsi ilə xidmətə başlamışdır. 1910-cu ilin noyabrında baş leytenant rütbəsinə yüksələn zabit, 1915-ci ildə Hərbi Akademiyada təhsilini davam etdirmişdir. 1917-ci ildə kapitan rütbəsinə layiq görülən İmamura, növbəti il İngiltərəyə hərbi attaşe təyin olunmuşdur. 1922-ci ilin avqustunda mayor, 1926-cı ilin avqustunda isə podpolkovnik rütbəsinə yüksəlmişdir. 1927-ci ilin aprelində Britaniya Hindistanına hərbi attaşe vəzifəsinə təyinat almışdır.

1930-cu il avqustun 1-də polkovnik rütbəsinə yüksələn İmamura, 1931-1932-ci illərdə İmperator Ordusunun Baş Qərargahının əməliyyat bölməsində məsul vəzifələrdə çalışmışdır. İmamuranın kiçik qardaşı İmamura Hosaku, Kvantun Ordusunda xidmət etmiş, Çin vətəndaş müharibəsi zamanı Homindanın muzdlu əsgəri kimi döyüşmüşdür.

İstinadlar

Kateqoriya:Yaponiya generalları Kateqoriya:Tokioda vəfat edənlər