Uluqbəy İsmətullayeviç Rəşidov (; ) — Özbəkistanlı taekvondoçu, 68 kq çəki dərəcəsində ikiqat Olimpiya çempionu (2020 və 2024), Asiya Oyunları və Asiya 2022 çempionu, Dünya çempionatı mükafatçısı, "Özbəkistan iftixori" fəxri adının sahibi.
O, taekvondo üzrə Olimpiya qızılını qazanan yeganə Özbəkistan təmsilçisi, həmçinin tarixdə kişilər arasında dəfələrlə Olimpiya çempionu olmuş yeganə taekvondoçudur. Karyerası Uluqbəy Rəşidov 2018-ci ildə Buenos-Ayresdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclər arasında 48 kq çəki dərəcəsində finalda rusiyalı Dmitri Şişkoya uduzaraq gümüş medal qazanmışdır.
2019-cu ildə Rəşidov yeniyetmələr arasında Asiya çempionatında 55 kq çəki dərəcəsində qızıl medal qazanmışdır. Elə həmin il o, 2019-cu il Hərbi Dünya Oyunlarında da 58 kq çəki dərəcəsində finalda çinli Lyan Yuişuayı məğlub edərək qızıl medal qazanmışdır.
2021-ci ildə Əmmanda (İordaniya) keçirilən Asiya Olimpiya təsnifat turnirində Tokioda keçirilmiş XXXII Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
2020-ci il Yay Olimpiya Oyunlarında o, 68 kq çəki dərəcəsində mübarizə aparıb, təsnifat mərhələsində Mali idmançısı Seydu Fofana qalib gəlib. 1/8 finalda o, ikiqat olimpiya çempionu Cənubi Koreyadan olan Li De Hunu məğlub edib. O, yarımfinalda Nedzad Husiçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib və 28:5 hesabı ilə qələbə qazanıb. Finalda isə Böyük Britaniya taekvondoçusu Bredli Sindenə 34:29 hesabı ilə qalib gələrək Özbəkistan milli komandasının tarixində Olimpiya Oyunlarında taekvondo üzrə ilk qızıl medalı qazanmışdır.
2023-cü ildə Bakıda keçirilən dünya çempionatında Rəşidov 68 kq çəki dərəcəsində bürünc medal qazanıb. Final döyüşündə Cənubi Koreyadan olan idmançı Jin Ho Juna məğlub olub. Uluqbəy Rəşidov İtaliyada keçirilən Qran Pridə 68 kq çəki dərəcəsində qızıl medal qazanıb. Finalda o, macarıstanlı Levente Mark Jozsaya qalib gəlib. Mükafatları "El-Yurt Xurmati" ordeni (2024) İstinadlar
Xarici keçidlər
Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında taekvondoçular Kateqoriya:2024 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında taekvondoçular Kateqoriya:Olimpiya qızıl medalına sahib Özbəkistan idmançıları Kateqoriya:2020 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:2022 Asiya Oyunları medalçıları Kateqoriya:2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazananlar