Xanağa (əvvəlki adı: Çapayevka) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd inzibati ərazi vahidi tərkibindəki Çapayevka kəndi Xanağa kəndi adlandırılmışdır.
Toponimikası
Tarixi
Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən 14 km şimal-qərbdə, Araz çayının sol sahilində, Ordubad-Vənənd avtomobil yolunun kənarında yerləşir.
Əhalisi Əhalisi 720 nəfərdir. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini bağçılıq, əkinçilik və heyvandarlıq təşkil edir.
Mədəniyyəti Kənddə klub, kənd kitabxanası mövcuddur.
Təhsil Kənddə orta məktəb fəaliyyət göstərir.
Din Kənddə pir var.
Səhiyyə Kənddə tibb məntəqəsi var.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ordubad rayonunun kəndləri