thumb|I mövsümün posteri. Personajlar: Anna Yamada (solda) və Kyotaro İçikava (sağda). "The Dangers in My Heart" Norio Sakuray tərəfindən yazılan və illüstrasiya olunan eyniadlı manqa seriyasına əsaslanan anime serialıdır. "Shin-Ei Animation" studiyası tərəfindən çəkilən anime serialının rejissoru Hiroaki Akaqi, prodüseri Kazuki Endo, senaristi Cukki Hanada, personaj dizayneri Masato Katsumata və bəstəkarı Kensuke Uşiodur. Anime serialı manqanın ilk 8 cildini əhatə edir.

Anime serialı çunibyo və tənha sinif şagirdi Kyotaro İçikava ilə sinfin ən populyar qızı Anna Yamada arasında yaranan romantik münasibətlərdən bəhs edir. Kyotaro İçikava vaxtının çoxunu cinayət ensiklopediyaları oxuyaraq keçirir. O, sinfin ən populyar və gözəl qızı olan, modellik və aktrisalıq ilə məşğul olan Anna Yamadanı "öldürməyin" fantaziyasını qurur. Lakin Yamadanı müşahidə etdikcə əslində onun da qəribə bir qız olduğunu görür. Yamada gizlicə yemək yemək üçün məktəb kitabxanasına gəlməyə başlayanda onlar arasında gözlənilməz romantik münasibətlər inkişaf etməyə başlayır.

Anime serialının birinci mövsümü 2 apreldən 18 iyun 2023-cü ilə qədər TV Asahi kanalında yayımlanmış və 12 seriya davam etmişdir. Açılış mahnısı "Yorushika" qrupu tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı Kohana Lam tərəfindən ifa olunan mahnısıdır. İkinci mövsüm 7 yanvardan 31 mart 2024-cü ilə qədər TV Asahi kanalında yayımlanmış və 13 seriya davam etmişdir. Açılış mahnısı "Atarayo" qrupu tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı Kohana Lam tərəfindən ifa olunan mahnısıdır. 2026-cı ilin martında üçüncü mövsüm anons edilmişdir. Üçüncü mövsümün 2027-ci ildə yayımlanması planlaşdırılır.

"Twi-Yaba" spin-off manqasına əsaslanan, hərəsi bir neçə dəqiqə davam edən qısa seriyalardan ibarət anime adaptasiyası 10 dekabr 2023-cü ildə yayımlanmışdır. 20 fevral 2024-cü ildə "YouTube"da "Re:Zero" və "The Danger in My Heart" personajlarının yer aldığı qısa krossover animesi buraxılmışdır. 29 sentyabr 2024-cü ildə anime serialının iki mövsümünün hekayəsini ümumiləşdirən və finaldan sonrakı hekayəyə dair yeni səhnələr ehtiva edən anime filmi anons edilmişdir.

Mövsümlər

Seriya siyahısı I mövsüm (2023) Azərbaycanca adıYaponca adı Rejissor Hekayə lövhəsi Yayım tarixi

II mövsüm (2024) Azərbaycanca adıYaponca adı Rejissor Hekayə lövhəsi Yayım tarixi

Ev buraxılışı Animenin seriyaları Yaponiyada Blu-ray və CD cildləri şəklində buraxılmışdır. Hər cildə müəllif Norio Sakuray tərəfindən çəkilmiş xüsusi buklet daxildir. + Avex Pictures (Yaponiya – Region 2/A) Cild Seriyalar Üzlük sənəti Buraxılış tarixi İst. I mövsüm I 1–4 Kyotaro cinayət ensiklopediyası oxuyur, Yamada şəkər yeyir 30 iyun 2023 II 5–8 Kyotaro və Anna yağışlı gündə çətir bölüşürlər 28 iyul 2023 III 9–12 Kyotaro və Anna Yeni il ərəfəsində gəzirlər 25 avqust 2023 II mövsüm IV 13–16 Anna hazırladığı şokoladı Kyotaroya yedizdirir 27 mart 2024 V 17–20 Kyotaro və Anna basketbol oynayırlar 24 aprel 2024 VI 21–25 Kyotaro və Anna birlikdədirlər 29 may 2024

İstinadlar

Kateqoriya:Anime seriyalarının siyahıları